“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı”.
Sumqayit.tv APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov özünün tvitter hesabında yazıb.
Nazir yanğında vəfat edənlərin ailələrinə başsağlığı verib : ”Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”.