Sumqayıtda ekoloji terror küləyi əsdirilir.

Sumqayit.tv xəbər verir ki, zibil poliqonunda yandırılan tullantıların qoxusu Sumqayıt sakinlərinin kəskin etirazına səbəb olub. Bununla bağlı, sumqayıtlılar illərlə həllini tapmayan bu problemin aradan qaldırılması üçün şəhərin aktiv Facebook qrupları olan (Sumqayıt 49 və Sumqayıtlılar) vasitəsilə aidiyyatı qurumları öz vəzifələrini lazımi səviyyədə icra etməyə səsləyiblər.


Rəyləri təqdim edirik:


Ramil Yaqub Zeynallı:
Sumqayıtda ekogenosid davam edir. İllərdir sağalmaz yaraya çevrilən zibil poliqonunu yandırılmasına son qoyulmalıdır. Aidiyyatı qurumlar dərhal hərəkətə keçməlidir.

Emil Ağayev:
Sumqayıtda zibil poliqonunun yiyəsi kimdirsə, ya arxalı adamdır heç kimi saymır, ya da pulludur. Mən artıq 2 dəfə rəsmi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişəm, arxayınlaşdırıcı məktubla cavablayıblar. Artıq bütün əhalini Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşmağa dəvət edirəm! Vaxt təyin edək, Allahın havasını tələb edək! Gecə saat 2-dir, bu istidə pəncərələri bağlayıb yatırıq! Qəti bununla razılaşmaq olmaz! Uşaqlar boğula-boğula qalıb!

İlkin Ağaoğlu:
Bir neçə dəqiqə bundan öncə  eko aktivistlərlə Sumqayıt şəhər məişət tullantıları poliqonunda oldum. İnsanlar yatarkən gecə saatlarında hektarlarla ərazidə olan zibilləri yandırırlar. Və nəticədə şəhəri belə zəhərli tüstü duman bürüyür.
Buna biganə qalmamalıyıq!
#sumqayıtnəfəsalsın

Elmir Abbasov:
SOS!
Bu Sumqayıtın lənətə gəlmiş zibil poliqonu konkret harada yerləşir. Girişi hardandır?
Posta düzəliş:
Son zamanlar Sumqayıt şəhərin zibili poliqonunun davamlı olaraq yandırılması və şəhərin havasının dözülməz dərəcədə çirklənməsi ilə əlaqədar bu gün (5ci gün) 30 İyul saat 14:00da Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında toplaşıb icra başçısı ilə görüş tələb edəcəyik.
Biz qeyri adi heç nə istəmirik. Normal nəfəs almaq istəyirik. Sumqayıtın havası dözülməz dərəcədə çirklənib. Poliqonun yandırılması praktikası dayandırlmalı və bir daha bu biabırçılıq yaşanmamalıdır.
Normal nəfəs almaq istəyən bütün Sumqayıt sakinlərini saat 14:00 da İcra Hakimiyyətinin qarşısında görmək istərdik.
#sumqayıtnəfəsalsın

Vüsal Abıyev:
Salam Sumqayıt əhli arada imkanınız olsa icra hakimiyyətinə zəng edin evdə nəfəs ala bilmədiyiniz haqqında məlumat verin biganə qalmayın. Həmən o yandırılan zibil poliqonları sizin övladlarınızın özünüzün valideynlərivizin orqanizimnində ciddi problemlər yarada  bilər. Qorxmayın nəfəs almaq haqqımız var. Gecə iydən inanıramki bir çox adam narahat yatıb..Səsiniz çıxmadıqca hələ çox iylənəcəyik

İlkin Alıyev:
Allah belalarini versin indi eve girdim 01:55də yene zibilliyi yandiriblar iyden durmaq olmur 13mkrda

Cəlil Dəmirçiyev:
Əziz sumqayıtlılar !
İki gündür qruplarda zibil iyi ilə əlaqədar yazıları oxuyuram,həll yolu kimi "İcranın qarşısına gedib görüş tələb etmək" təklif olunur.
Ola bilər ki,belə etmək problemə diqqət yönəltsin,amma bundan da yaxşı çıxış yolu bir neçə nəfərin şəhər sakinləri adından İcra Hakimi ilə görüş təyin etməsidir.
Bunun üçün şəhər sakinlərinin bu məsələ ilə bağlı siyahısı ( ad,soyad,şv-nin seriya nömrəsi) da lazımdır ki,görüşə gedən adamlar kimlərin adından gəldiyini sübut etsin.

Riccir Ricci:
Yenə Sumqayıtı pis yanıq iyi basıb nəfəs almaq mumkunn deyil.

Pərviz Ağası:
Sumqayıtda ekoloji, sanitar- epidemioloji vəziyyət pisləşib. Son iki ildə st. Sumqayıt yaxınlığındakı məişət tullantıları poliqonunda, demək olar ki hər gün yandırılan tullantıların tüstüsündən, iyindən nəfəs ala bilmirik. Proses böyük bir ərazidə özünü göstərir. Sumqayıt şəhərinin yarısı, st. Sumqayıt qəsəbəsi, Ceyranbatan qəsəbəsinin poliqona yaxın hissəsi, yaxınlıqdakı digər yaşayış məskənləri bu ekoloji fəlakətdən əziyyət çəkir. Sağlamlığımıza böyük zərbə vurur. Bu barədə dəfələrlə mətbuatda da məlumatlar yazılıb. Bu zəhərli, qoxulu, sağlamlığa və ekologiyaya ziyan vuran tüstünün olmaması üçün, uşaqlarımızın sağlam böyüməsi üçün yardımçı olmağınızı xahiş edirəm. Mənim kimi yüz minlərlə insan bu tüstüdən demək olar ki, hər gün boğulur, əziyyət çəkir. Bu poliqonun yeri yaşayış məskənlərindən daha uzaq yerə, dəyişdirmək olar, daha müasir bir müəssisə tikmək olar ( bu barədə Sumqayıt ş. İcra hakimiyyəti deyib, amma, 5-6 ildir nəticə yoxdur). Üstəlik bu tullantıların yandırılması da düzgün deyil. Faktiki olaraq evdə otura bilmirik. Nəfəs almaq mümkün deyil. Ən çox da st. Sumqayıt qəsəbəsi, Sumqayıt şəhərinin piliqona yaxıın hissəsi ( bu gün 9-cu mk rayona qədər gedib tüstü), Ceyranbatan qəsəbəsi, Dəmir yol yük həyəti qəsəbəsi ( Yeni Sumqayıt yaşayış massivi) və s. ətraf ərazilərdə nəfəs lamaq qeyri mümkündür.
Hörmətli əlaqədar təşkilatlar ! Sağlamlığımızın itməməsi naminə uyğun addımlar atmağınızı sizdən xahiş edirəm.

Səbuhi Hüseynov:
Ay həmşərlilərim mən zibilin iyindən yata bilmirəm. Bütün şəhəri duman basıb. Bu nə soyqırımıdir? Biz
nəyi gözləyirik? Zibilin iyindən zəhərlənməmizimi??

Rüfət Nəbiyev:
Salam hərkəsə. Gecə həmin lənətə gəlmiş qoxuya oyanmışam. Bulvar ərazisindən gələn qoxunu məşhur səhifələr ictimailəşdirdi. Həmən səhifələrə müraciət edək hər kəs paylaşsın. Bəlkə hansısa xəbər saytı gələr daha da umumiləşər bu mövzu

Kənan Əliyev:
Şəhəri svalkanın tüstüsünün dumanı alıb cənginə. İydən oyanmışam. Bunun axırı hara gedəcək? Bu boyda paylaşım edilir bu barədə, niyə biganə qalırsınız? Niyə yazmırsız Ekologiya və Təbii Sərvətlər Nazirliyi səhifəsinə?

Vüsal Əhmədov:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,
Sumqayıt Şəhər İcra Hakimiyyəti.

Aylardır #Sumqayıt yaxınlığında kütləvi şəkildə yandırılan #zibillər şəhərin havasını zəhərləyir. Hər səhər ciyərlərimizə çəkdiyimiz zibil tüstülü hava şəhər əhalisini xeyli narahat edir. Əgər bu hal davam edərsə əhali arasında tənəffüs yolları #xəstəlikləri, #asma və ya müxtəlif #dəri xəstəlikləri yayılacaq. Məsələni nəzarətə almağınız xahiş olunur. 
















30-07-2021, 13:55 521

Digər xəbərlər

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Dünən, 17:55
Dünən, 13:11
Dünən, 12:59
Dünən, 12:33
Dünən, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
1 2 3 4 5 6 7 8 9 10 ... 962