Sumqayıt Təmizlik Departamenti barəsində 5 akt tərtib olunub


"İstehsalat və məişət tullantıları haqqında” Qanuna və digər normativ-hüquqi aktlara uyğun olaraq tullantıların idarə edilməsinə, poliqonların idarəçiliyinə yerli idarəetmə orqanları, onların mənzil-kommunal idarələri cavabdeh və məsuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız nəzarət funksiyasını yerinə yetirir”. 
Sumqayit.tv xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğınla əlaqədar danışarkən bildirib. 
O qeyd edib ki, aparılan nəzarət və inzibati tədbirlərlə yanaşı, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Mənzil-Kommunal İdarəsinə müraciətlər olunub:

"Ötən il Sumqayıt şəhər məişət tullantıları poliqonunda tullantıların düzgün idarə olunmamasına görə "Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. 2021-ci ilin 7 ayı ərzində isə "Sumqayıt şəhər Təmizlik Departamenti” MMC barəsində 5 akt, 2 inzibati protokol tərtib edilib və qərar çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub. Təəssüf ki, inzibati cəza tədbirləri ilə vəziyyət dəyişmir, sonsuzadək cərimə edilməsi də çarə deyil. Odur ki, yerli idarəetmə orqanları tərəfindən bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var”.
Xatırladaq ki, sosial şəbəkələrdə Sumqayıtda zibil poliqonunda tullantıların yandırılması və nəticədə şəhərin tüstüyə qərq olması ilə bağlı görüntülər yayılıb. Sakinlər havanın kəskin şəkildə çirkləndiyini bildirirdilər. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə araşdırma aparıb və yanğının məişət tullantılarının düzgün idarə edilməməsi nəticəsində baş verdiyini aşkarlayıb. Faktla bağlı "Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub. 

31-07-2021, 10:43 249

Digər xəbərlər

Sosis və kolbasa sevənlərin nəzərinə: Xərçəng riski ilə əlaqələndirilir

Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində milli ailə dəyərlərinə həsr olunmuş dəyirmi masa keçirilib-FOTO

Coratda faciə: Dənizdə batan şəxs müstəntiq imiş

Sumqayıtın 10-cu mikrorayonunda sakinləri narahat edən problem – çəyirtkə və həşəratların sayı artıb

SDU-nun dosentinə beynəlxalq universitetdən mühüm vəzifə

10 yaşlı Sumqayıtlı Uğurun əsəri “Mənim izim” sərgisində-FOTO

Sumqayıt məktəbi ölkə üzrə rekord nəticə göstərdi

Sumqayıtda həlak olan hakimin ailəsinə təzminat ödəniləcək

Tramp: Məndən sonra yazmağa adam tapmayacaqsınız

Ölkə birinciləri SDU-da – Rektor sumqayıtlı gəncləri təbrik etdi-FOTO

Sumqayıt çimərliyində dəniz suyunun temperaturu açıqlandı

Azərbaycan nefti ucuzlaşdı – Yeni qiymət açıqlandı

Sumqayıtlı şəhidin anası qızına yeni həyat bəxş etdi

Xərçəngdən qorunmağın yolları açıqlandı

Statistika açıqlandı: Sumqayıtlıların illik alış-veriş göstəricisi bəlli oldu

9-cu mikrorayonda bıçaqlanma – 26 yaşlı gənc xəstəxanalıq oldu-VİDEO

Sumqayıtda yanğın həyəcanı: "Kimyaçı" sarayında təxliyə həyata keçirildi

Prezident İlham Əliyev Rəşad Məmmədovu Türkiyədən geri çağırdı

MİDA mənzilləri üçün 275 milyon manatdan çox güzəştli kredit verilib

Məşhur müğənni Sumqayıta gələcəyini açıqladı

1 2 3 4 5 6 7 8 9 10 ... 1088
Bu gün, 06:29
Dünən, 23:24
Dünən, 13:35
Dünən, 13:15
25-07-2026, 18:06
25-07-2026, 15:43
25-07-2026, 15:03
25-07-2026, 14:47
25-07-2026, 11:00
25-07-2026, 10:50
25-07-2026, 10:46
25-07-2026, 10:44
25-07-2026, 10:36
25-07-2026, 10:21
24-07-2026, 20:10
24-07-2026, 16:04
24-07-2026, 15:53
24-07-2026, 14:43
24-07-2026, 14:34
24-07-2026, 14:33
24-07-2026, 14:19
24-07-2026, 13:25
24-07-2026, 12:34
24-07-2026, 12:30
24-07-2026, 12:26
24-07-2026, 12:20
24-07-2026, 11:40
24-07-2026, 11:37
24-07-2026, 11:31
24-07-2026, 11:00
23-07-2026, 20:21
23-07-2026, 16:36
23-07-2026, 15:48
23-07-2026, 15:20
23-07-2026, 14:34
23-07-2026, 13:44
23-07-2026, 13:17
23-07-2026, 13:13
23-07-2026, 13:01
23-07-2026, 12:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1088