Darya Duqinin ölümü -Jurnalist açıqlaması

Moskvada baş verən partlayışın pərdəarxası səbəbləri

Avtomobildə Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi, filosof və politoloq Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya Platonova (Dugina) ölüb. O, hadisə yerində keçinib. Daryanın olduğu avtomobil yerli vaxtla saat 21:35-də partlayıb, daha sonra yoldan çıxaraq binaya çırpılıb. Baş verən olayla bağlı Rusiya cəmiyyətində xüsusi mövqeyi olan, Rusiyanı yaxından tanıyan azərbaycanl jurnalist  Fuad Abbasovla söhbətləşdik: 
“ Rusiya ilə Ukrayna arasındakı müharibədən dolayı hər kəs bunu Ukrayna terroru kimi qiymətləndirəcək. Nəticə etibarı ilə Rusiya Hüquq Mühafizə Orqanları bunu Ukrayna terroru kimi qələmə verəcəklər. Amma gəlin yaddan çıxarmayaq ki, Rusiyanın daxilində Putin siyasətinə qarşı çıxan çox sayda adam var. Hansı ki, bu adamlar oliqarx çevrələrə yaxındırlar və nəticə etibari ilə Putindən qisas almaq istəyirlər. O insanların fəaliyyətinin nəticəsidir ki, Avroasiya siyasətinin ən başlıca təbliğatçısı və nəzəriyyəçisi olan, eyni zamanda Putinin baş məsləhətçisi olan Duqin və qızına qarşı olan bu sui-qəsd dediyimiz Avroasiya siyasətinə qarşı atılmış bir addımdır. Yəni istər qlobalistlər olsun, istər liberallar olsun bunların dəstəklədiyi siyasi və iş çevrələri Putinə xəbərdarlıq üçün bu terror aktını həyata keçirmiş ola bilərlər. Əlbəttə ki, Rusiya bunu açıq şəkildə söyləməz. Rusiyanın daxilində klanlararası mübarizənin bir nəticəsi olaraq, Duqinin maşını partladıldı və qızı həlak oldu deməzlər. Bu dəqiqə Ukrayna məsələsi var deyə, Ukraynanın üzərinə yıxılır. Əgər ki olmasaydı 99% bunu Qafqaz kökənli terroristlərin həyata keçirdiyini qələmə verəcəkdilər. Ukrayna məsələsinə qədər Rusiyada meydana gələn bütün neqativ halların hamısının başında Qafqaz kökənli vətəndaşlar dururdu. Amma mənim başlıca fikrim bunun Kremlin qüllələri arasında davam etməkdə olan iqtidar müharibəsinin, saray çevrilişinin bir hazırlığı kimi qiymətləndirirəm".

Müxbir: Şəbnəm Məşiyeva

22-08-2022, 22:51 200

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041