Anar Kərimov G20 sammitində “Təhsil və Dini müxtəliflik” mövzusunda çıxış edib


Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İtaliyanın Bolonya şəhərində keçirilən G20 sammiti çərçivəsində təşkil olunan Dinlərarası Dialoq Forumunun “Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyasında çıxış edib.
Sumqayit.tv xəbər verir ki, Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İtaliyanın təhsil naziri Patrizio Bianki, Albaniyanın təhsil, idman və gənclər naziri Evis Kuşi və digər qonaqlar iştirak edib.
İştirakçıları səmimi salamlayan nazir Anar Kərimov Forumun həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək Azərbaycanın əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib. “Din ümumi mədəniyyətlərarası dialoq bacarıqlarının inkişafında əhəmiyyətli və müsbət rol oynayır. Dini liderlər münaqişələrin qarşısının alınmasında və dialoqun təşviqində əsas rol oynama potensialına malikdirlər. Onlar xüsusən gənclər arasında bu dialoqu gücləndirmək və təşviq etmək üçün dərin təsir gücünə malikdirlər”, - deyə nazir çıxışında qeyd edib.
Anar Kərimov həmçinin bildirib ki, əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban, sülh və harmoniya şəraitində yaşayırlar. Məhz buna görə də Azərbaycan çoxmillətli, çoxkonfessiyalı və sivilizasiyaların qovuşduğu ölkə kimi tanınır. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb, 2010-cu ildə BMT Baş Assambleyasında ölkəmizin Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirmək niyyəti bəyan edilib və Bakı şəhəri 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Təsadüfi deyil ki, BMT Baş katibinin 2017, 2018 və 2019-cu illərdə Baş Assambleyaya təqdim etdiyi məruzələrdə “Bakı Prosesi”nin əhəmiyyəti xüsusi vurğulanıb və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından elan olunub.
Nazir bildirib ki, Azərbaycan çoxəsrlik multikulturalizm ənənələrinə, eləcə də UNESCO konvensiyalarının irəli sürdüyü dəyərlərə sadiq qalaraq təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində mədəni irsin qorunub saxlanılmasına yönəlmiş bir sıra layihələr həyata keçirir. Heydər Əliyev Fondu Azərbaycanda yüzlərlə abidəni bərpa etməklə yanaşı, xarici ölkələrdə də bu istiqamətdə mühüm layihələr reallaşdırıb. Fond tərəfindən Parisdə Luvr Muzeyi, Vatikanda Müqəddəs Marçellino və Petro kilsəsi, Bolqarıstanda Prapezitsa qəsri və qalası, Strasburqda Notrdam kilsəsi və s. abidələrdə bərpa işləri aparılıb.
Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan nazir, müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd edib.
Anar Kərimov çıxışında vurğulayıb ki, Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış əraziləri 2020-ci ildə azad edilib və bu ərazilərdə işğal dövründə dağıdılmış bütün dini-mədəni abidələrin, dini mənşəyinə görə heç bir ayrı-seçkilik qoyulmadan, Azərbaycan dövləti tərəfindən bərpasına başlanılıb. Baxmayaraq ki, ölkəmiz otuz ilə yaxın davam edən hərbi təcavüzə, ərazilərin işğalına, etnik təmizləməyə məruz qalıb, Azərbaycan bu gün də sülhpərvər siyasət yeridərək bu istiqamətdə təşəbbüsləri, sülh  çağırışlarını irəli sürür.
Nazir çıxışının sonunda mədəni müxtəlifliyinin təşviqinin, insanlar, cəmiyyətlər və xalqlar arasında dialoq və anlaşmanın müasir dünyamızın gələcəyi üçün əhəmiyyətini bir daha vurğulayıb.  “Mən dünyada əmin-amanlıq üçün təhsil və mədəniyyət vasitəsilə bu mesajın gələcək nəsillərə çatdırılmasında uğur qazanacağımıza və bununla da istədiyimiz gələcəyi təmin ediləcəyimizə inanıram” deyən Anar Kərimov Dinlərarası Dialoq Forumunun işinə uğurlar arzulayıb.
BMT Sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Moratinos öz çıxışı zamanı sülh anlayışının və fəaliyyətlərinin daha önə sürülməsinin vacibliyini qeyd edərək Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsünün zamanında irəli sürülmüş strateji layihə olduğunu qeyd etdi.




15-09-2021, 11:10 251

Digər xəbərlər

Sumqayıtlı deputatların iştirakı ilə “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı-FOTO

Rəqəmsal Azərbaycanın yeni arxitekturası: Məktəbdən süni intellektə uzanan yol

Sumqayıtda fevral ayının pensiyaları artımla ödənilib

Prezidentdən Natiq Qarayevə yüksək təltif

Sumqayıtın “Nümunəvi həyət”ində yolun ortasında təhlükəli çala - ŞİKAYƏT-VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO

BP-nin dəstəyi ilə SDU-da texniki təchizat layihəsi həyata keçiriləcək

"Sumqayıt" Burkina Faso millisinin üzvünü heyətinə qatıb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 85 min manatlıq dələduzluq işi bağlandı – Təqsirləndirilən şəxs vəfat etdi

Sumqayıt da daxil olmaqla ölkə üzrə 265 Qarabağ qazisinin əlilliyi ləğv edilib

Magistraturaya qəbul imtahanı fevralın 15-də keçiriləcək – Sumqayıtda 1712 bakalavr iştirak edəcək

Sumqayıtda fərdi evdə baş verən yanğın can aldı

44 saylı Sumqayıt üçüncü seçki dairəsində vətəndaş qəbulu keçirilib - FOTO

U-19 Azərbaycan çempionatında Sumqayıt boksçuları mübarizəni davam etdirir

AFFA-dan qərar: “Sumqayıt”la oyuna görə “Zirə” klubu cərimə olundu

Strateji tərəfdaşlıqdan geosiyasi ittifaqa: Bakı–Vaşinqton xəttində yeni mərhələ

Məmurlar niyə xalqın yaddaşında bağışlanmır?

Sumqayıtlı təqaüdçülərin yeni artımla pensiya alma tarixi açıqlandı - RƏSMİ

Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü Ali Məhkəmədə təsdiqləndi

Prezident sosial şəbəkə hesablarında Ceyms Devid Vens ilə görüşündən görüntülər paylaşıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1017
Bu gün, 09:45
Bu gün, 09:30
Bu gün, 09:06
Bu gün, 00:32
Dünən, 19:05
Dünən, 15:50
Dünən, 13:44
Dünən, 13:16
Dünən, 11:41
Dünən, 11:39
Dünən, 11:36
Dünən, 11:16
11-02-2026, 23:54
11-02-2026, 23:43
11-02-2026, 17:42
11-02-2026, 17:35
11-02-2026, 16:42
11-02-2026, 15:20
11-02-2026, 11:57
11-02-2026, 11:52
11-02-2026, 11:47
11-02-2026, 11:30
11-02-2026, 08:54
10-02-2026, 15:38
10-02-2026, 15:38
10-02-2026, 15:25
10-02-2026, 14:52
10-02-2026, 12:28
10-02-2026, 12:02
9-02-2026, 17:16
9-02-2026, 15:46
9-02-2026, 14:41
9-02-2026, 14:37
9-02-2026, 14:05
9-02-2026, 12:12
9-02-2026, 12:02
9-02-2026, 11:29
9-02-2026, 11:11
9-02-2026, 08:23
8-02-2026, 22:56
1 2 3 4 5 6 7 8 9 10 ... 1017