Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Murad Musayev “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”.
Sumqayit.tv xəbər verir ki, bunu “Report”a açıqlamasında “Sabah”ın baş məşqçisi Murad Musayev “Qarabağ”ın futbolçusu Kadi Borqesin Rusiyanın “Krasnodar” klubunun transfer gündəmində olması ilə bağlı danışarkən deyib.
Azərbaycana gəlməzdən əvvəl “Krasnodar”ın baş məşqçisi vəzifəsini icra edən 39 yaşlı mütəxəssis braziliyalı yarımmüdafiəçinin “Qarabağ”da aparıcı simalardan biri olduğunu söyləyib: “Düzü, Kadi ilə bağlı “Qarabağ”a, həqiqətən də, hansısa müraciətin edilməsi, yoxsa bunların sadəcə şayiədən ibarət olması barədə məlumatım yoxdur. Kadinin hazırda Azərbaycanda çıxış edən ən güclü futbolçulardan biri olduğunu düşünürəm. O, “Qarabağ”ın əsas üzvlərindən biridir. Bu il də klubun heyətində avrokuboklarda qrup mərhələsində çıxış edib. Burada özünün ən yaxşı keyfiyyətlərini sərgiləyir, komandanın lideridir. Onun ustalığı bir neçə dəfə oyunun taleyini həll edib”.
Murad Musayevin fikrincə, “Krasnodar”a keçid 26 yaşlı hücumameyilli futbolçu üçün infrastruktur baxımından üstünlük olar: “Bu klub dünyada ən yaxşı bazalardan birinə malikdir. Yeni bazanın tikintisi də başa çatır. Əla stadionları var. Məncə, ora dünyanın ən gözəl arenasıdır. Rusiya çempionatının səviyyəsi də daha yüksəkdir. Orada çox böyük rəqabət var. İddialı klubların sayı çoxdur”.
Gənc çalışdırıcı Rusiyaya yollanmaq ehtimalının mənfi tərəflərini də açıqlayıb: “Mənfi hal ondan ibarət ola bilər ki, “Krasnodar” avrokuboklarda iştirak etmir. Bundan əlavə, Kadi yeni komandaya, ölkəyə uyğunlaşmalı olacaq. Onun üçün hansı seçimin daha yaxşı olacağını bilmirəm. Buna ancaq özü qərar verə bilər. Mən sadəcə bu variantın müsbət və mənfi cəhətləri ilə bağlı öz fikirlərimi bildirdim”.
Qeyd edək ki, uzun müddət “Krasnodar”ın akademiyasında fəaliyyət göstərən Murad Musayev 2018-2021-ci illərdə əsas komandaya rəhbərlik edib. Rusiya klubu qış fasiləsində “Qarabağ”ın futbolçusu Kadi Borqesi heyətinə qatmaqda maraqlıdır.

28-12-2022, 13:09 227

Digər xəbərlər

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkar

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 14:50
Bu gün, 14:42
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
1 2 3 4 5 6 7 8 9 10 ... 961