Anton Bredixin: “Ermənistanı Rusiyanın müttəfiqi hesab etmək çətindir” - MÜSAHİBƏ


2023-cü ilin əvvəlində Rusiya Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sülhməramlı kontingentlərinin Ermənistanda “Sarsılmaz qardaşlıq-2023” birgə təlimlərinin keçiriləcəyi ilə bağlı anons verdi.
Lakin yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bəyan edib ki, İrəvan KTMT-nin Ermənistan ərazisində təlim keçirməsini məqsədəuyğun hesab etmir.
Eyni zamanda Ermənistan Qərb qüvvələrini regiona cəlb etmək istəyini açıq şəkildə bəyan edir. Sentyabrın 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının nümayəndələri ilə Azərbaycanla sərhəddə Aİ-nin yeni missiyasının yerləşdirilməsi imkanlarını müzakirə edib. Ermənistanın baş naziri isə yuxarıda qeyd etdiyimiz mətbuat konfransında bildirib ki, əgər Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, o zaman BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir ki, ya onun sülhməramlı qüvvələrinə beynəlxalq mandat verilsin və yaxud Qarabağa yeni çoxmillətli sülhməramlı missiya göndərilsin.
Məlumdur ki, KTMT-nin təlimlərindən imtina Ermənistan rəhbərliyi tərəfindən atılmış nümayişkaranə addımdır. Bunun mənası nədir? Ermənistan KTMT-dən çıxır?
Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin Oxu.Az-a müsahibəsində mövcud vəziyyəti dəyərləndirib:
- Bu, təkcə Ermənistanın KTMT-dən çıxmasına deyil, həm də bütün təşkilatın dağılmasına yönəlmiş açıq sabotaj və hərəkətlərdir ki, Paşinyan və onun Vaşinqtonda, Parisdə oturan başçılarının arzularıdır. Ermənistan NATO təlimlərində iştirak edir, həmçinin Şimali Atlantika Alyansına üzv ölkələrin kontingentinin Azərbaycanla sərhəddə olmasını təkid edir. Rusiya qoşunlarının Ermənistan ərazisindən, o cümlədən Gümrüdəki bazadan, Ermənistan sərhədlərindən çıxarılması barədə çox danışılır. Bütün bunlar onu deməyə əsas verir ki, Nikol Paşinyan bu addımın ölkəsi üçün doğuracağı bütün nəticələri anlamır. Rusiya qoşunlarının çıxarılması və Ermənistanın KTMT-ni tərk etməsindən sonra tamamilə mümkündür ki, Ermənistanla Azərbaycan arasında yeni hərbi eskalasiya olsun və bunun da nəticəsində suveren Ermənistan ərazilərindən ümumiyyətlə heç nə qalmasın.
Nikol Paşinyan Ermənistanda NATO bazası yaratmaq, öz ərazisinə, misal üçün, Fransa qoşunlarını gətirmək istəyir. Bu açıq təxribat (KTMT-nin təlimlərinin ləğvi ilə bağlı – red.) onu göstərir ki, Ermənistanı Rusiyanın müttəfiqi hesab etmək çətindir. Amma Bakı Moskva üçün strateji müttəfiq olaraq qalır.
- Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il müraciətində KTMT-ni fəaliyyətsizlikdə ittiham etdi. Amma maraqlısı odur ki, Yeni il ərəfəsində İrəvanda dərc edilən “Hraparak” nəşri Qərbin Paşinyanı KTMT-dən çıxmamağa çağırdığını yazıb. Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron Paşinyana deyib ki, Qərb Ermənistan Respublikasının təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilməz. Bu, təbii ki, qeyri-rəsmi məlumatdır, amma siz bu barədə nə düşünürsünüz?
- Mən hesab edirəm ki, bu, doğrudur. Üstəlik, Makron daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin paylaşdığı məlumatları səsləndirib. Nə Fransa, nə də ABŞ Ermənistanın təhlükəsizliyini təmin edə bilərlər.
Oxu.az

11-01-2023, 12:54 138

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903