Sallivan İsrailə gedir: İran ətrafında həlqə daralır


Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın Axar.az-a müsahibəsi:
- Rusiya-İran hərbi əməkdaşlığı və bunun Ukrayna savaşına təsirini necə qiymətləndirirsiniz?
- İranla Rusiya arasında hərbi-siyasi əməkdaşlıq son illər artıb. Xüsusilə Ukrayna müharibəsi bu iki ölkə hakimiyyətini bir-birinə daha çox yaxınlaşdırıb. Məlum olduğu kimi, Dimitri Medvedyevin prezidentliyi dövründə Rusiya İrana qarşı sanksiyalarda iştirak edib. BMT-nin Təhlükəsizlik Şurasının İranın nüvə proqramına tətbiq etdiyi 3 qətnamənin üçünə də Rusiya səs verib. Bundan başqa, Rusiyanın İrana verdiyi S-300 zenit-raket kompleksinin geri qaytarılması ilə bağlı Dimitri Medvedyevin prezidentliyi dövründə qərar qəbul olunub. Bu, Rusiyanın İrana münasibətdə Qərbin cızdığı planla fəaliyyət göstərdiyini təsdiqləyirdi.
İranda da o zamanlar parlament deputatları çıxış edərək bildirirdi ki, İranın ənənəvi dostu Rusiya deyil, İngiltərədir. Sadəcə olaraq indiki rejim fəaliyyəti ilə, yürütdüyü siyasətlə Rusiya ilə yaxınlaşmağa üstünlük verdi. Bu da bir sıra daxili və xarici siyasi kurs, eləcə də İran hakimiyyətinin siyasi-ideoloji prinsiplərindən irəli gələn məsələdir. Ona görə ki, İran “Amerikaya ölüm” şüarı irəli sürdüyündən onun müttəfiqləri ilə də münasibətlərində gərginlik yaşanır. Ukrayna məsələsində isə İranın rolu təkcə Rusiyaya PUA-ların verilməsi ilə bitmir. Vladimir Putinin Tehrana son səfəri zamanı Əli Xamenei ilə görüşündə İran rəhbəri Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədi və bildirdi ki, əgər Rusiya Ukrayna ərazisinə daxil olmasaydı, Ukrayna Rusiyaya qarşı müharibəyə başlayacaqdı. Bundan başqa, o ərəfələrdə Danetsk və Luqansk qondarma “respublikaları”nın liderləri ilə Sankt-Peterburqda İran iş adamlarının görüşü və onlar arasında müqavilələrin imzalanması bu məsələyə daha ciddi don geyindirdi. Bununla da İran Rusiyanı təkcə hərbi-texniki sahədə deyil, həm də iqtisadi, siyasi-diplomatik sahədə müdafiə etdiyini bəyan elədi. Beləliklə, İranla Rusiya arasında Ukrayna məsələsində siyasi-hərbi və iqtisadi sahədə əməkdaşlıq mövcuddur.
- Ukraynaya hücum üçün İranın Rusiyaya göndərdiyi PUA-lar, hərbi dəstək müharibə cinayətlərinə ortaqlıq sayılarsa, İranı nə gözləyir?
- Amerika Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İranın Ukraynadakı müharibədə hərbi cinayətkar kimi tanına bilməsinə dair açıqlama verib. Başqa sözlə, İran Rusiya ilə birlikdə Ukraynada hərbi cinayət ortağı ola bilər. İranın Rusiyaya verdiyi “Şahid” dronlarının Ukraynada dinc əhalini, mülki obyektləri vurması buna əsas verir. Ehtimal olunur ki, İran Rusiyaya Ukraynadakı müharibə ilə bağlı daha fərqli silahlar da verir. Bu halda İranı təbii ki, ilk növbədə sanksiyalar gözləyir. Bilirsiniz ki, İran onsuz da sanksiyalar altındadır. Əlavə sanksiyalar İranın mövcud iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə də İran rəsmiləri bütün cidd-cəhdlə bəyan edirlər ki, onlar Rusiyaya silah vermirlər və verdikləri texnika da müharibədə istifadə üçün nəzərdə tutulmayıb. Təbii ki, bunların hamısı İranın özünə haqq qazandırmaq cəhdlərindən başqa bir şey deyil.
- Sallivan İranın nüvə məsələsinə görə İsrailə gedir. Bu görüşdən nə gözlənilir?
- Rusiya Ukrayna məsələsinə görə dünyanı nüvə silahı ilə hədələdiyi bir vaxtda İran da uranın zənginləşdirilməsini 65-80 faiz həddə çatdırmaq niyyətindədir. Bu isə İranın atom silahı əldə etməsinə imkan yaradır. İsrail və ABŞ nümayəndələri İranın nüvə proqramı məsələsini, Tehran rejimindəki mövcud vəziyyəti və onun gözləntilərini gündəmə gətirə bilər. Bütün hallarda ABŞ və İsrail rəsmilərinin görüşündə əsasən İran müzakirə edilir. Ona görə də bu görüşdə də İran məsələsinin əsas müzakirə obyekti olacağı şübhəsizdir.

12-01-2023, 12:56 120

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903