Fərid Mansurov: “Onu tanıyırdım, videoya baxanda...”



“Bəzi məşqçilər istəyirlər ki, uşaqlar tez bir zamanda nailiyyət qazansınlar. Onun sayəsində yaxşı qonorar alsınlar. Bu baxımdan uşağa hər şeyi tez aşılamağa çalışırlar, bu da düzgün hal deyil”.
 
Bunu Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov Teleqraf.com-un suallarını cavablandırarkən deyib. Fərid Mənsurovla qısa müsahibəni təqdim edirik.
 
- Fərid bəy, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə uşaq dünyasını dəyişib. Bu barədə nə deyə bilərsiniz?
 
- Videoya baxanda ürəyim ağrıdı, axıra qədər baxmaqda çətinlik çəkdim. Deyəsən, uşaq əvvəldən zədəli olub. Necə olub məşqçi bunu bilməyib ki, uşaq əzilib.
 
- Bu hadisə uşaq idmanında peşəkar məşqçilik məsələsini gündəmə gətirir. Ümumiyyətlə, uşaq məşqçisi necə olmalıdır?
 
- Ən savadlı məşqçilər uşaq məşqçiləri olmalıdırlar. Çünki uşağın idman vərdişlərinin fundamentini onlar qoyurlar. Fundament düzgün qoyulmayanda uşaq bir idmançı kimi düzgün inkişaf etməyəcək. Əvvəlki müəllimlərimiz, eləcə də öz şəxsi müəllimim bizimlə həmişə çox düzgün davranırdı.
 
Biz idman zalına gedəndə məşqçimiz ilk olaraq idman fəndləri öyrətmirdi. Yalnız oyun hərəkətləri verirdi, isinmə hərəkətləri edirdik, özümüz döşəkçəyə yıxılırdıq. Yəni bizə birdən-birə hansısa fəndləri öyrətmirdi, tədricən aylar sonra kiçik fəndləri öyrətməyə başlayırdı. Məşqin vaxtı bitəndə isə bizi idman zalından qovurdu.
 
Yatanda düşünürdük ki, səhər açılsın və yenidən idman zalına gedək, güləş döşəyinin üstündə oynayaq. Bizə həm döşəyi sevdirirdi, həm də özümüz bilmədən bizi bərkidirdi, ayaq üstündə durmağı öyrədirdi.
Düzdür, yaşlı nəsildən uzaq, bəzi məşqçilər var ki, həqiqətən bu sahədə professional deyillər. Nəticə olsa belə, professionallıq yoxdur.
 
- Ümumilikdə Azərbaycanda bu sahədə vəziyyət necədir?
 
- Məşqçilərlə bağlı bir az problemlər var. Sözüm hamıya aid deyil. Bəzi məşqçilər istəyirlər ki, uşaqlar tez bir zamanda nailiyyət qazansınlar. Onun sayəsində yaxşı qonorar alsınlar. Bu baxımdan uşağa hər şeyi tez aşılamağa çalışırlar, bu da düzgün hal deyil.
 
- Məşqçinin lisenziya məsələsi necədir? İdman zallarına nəzarət nə dərəcədədir?
 
- Mənim fikrimcə, hər bir idman növünün öz məşqçisi olmalıdır. İdman federasiyalarının icazəsi və treninq olmadan kimsə məşqçi kimi fəaliyyəti göstərməsi düzgün deyil. Təbii, ola bilər, ali təhsil alıb və qanunlar baxımından ixtisası üzrə məşqçi kimi fəaliyyət göstərə bilər.
 
Hadisəni törədən məşqçinin özü də nəticəli idmançı olub. Sambo idman növü ilə məşğul olub. Bilmirəm, hansı fikirlə məşq edib. Bu belə deyil. Onu Avropa Oyunlarından tanıyırdım, nəticə əldə etmişdi. Amma şəxsi tanışlığımız yoxdur.
 
Hadisəyə çox təəssüflənirəm, özü də bədbəxt oldu, uşağın da ailəsini bədbəxt elədi. Xəbərdə oxudum ki, həmin uşağın ailəsi ilə yaxın olublar. O videoya baxanda qeyd etdiyim kimi çox pis oldum. Bu videodan sonra hansı valideyn uşağını idmana qoyacaq? Halbuki bizim professional idmançılarımız çoxdur.

2-05-2023, 14:38 223

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041