Kəmaləddin Heydərov səfir Cahit Bağçı ilə görüşüb


 20 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Sumqayit.tv xəbər verir ki, Nazir Kəmaləddin Heydərov səfir Cahit Bağçını səmimi salamlayaraq ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib. O, xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında mövcud səmimi qardaşlıq münasibətləri ölkələrimiz arasındakı əlaqələri keyfiyyətcə daha yüksək səviyyəyə qaldırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Cahit Bağçı Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli qardaşlıq və dostluq münasibətlərinin daha da genişləndirilməsi üçün hər iki ölkə başçılarının gördüyü çoxşaxəli fəaliyyəti qeyd edib. Səfir çətin günlərdə hər zaman bir-birinə qardaşlıq əlini uzadan iki ölkə arasındakı bu münasibətlər çərçivəsində cari ilin iyul-avqust aylarında Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında göstərilmiş böyük köməkliyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Azərbaycanlı yanğınsöndürən-xilasedicilərə peşəkar və fədakar fəaliyyətlərinə görə minnətdarlığını bildirən səfir, Türkiyənin də hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.
Nazir K.Heydərov, öz növbəsində, göstərdiyi diqqətə və minnətdarlığa görə Türkiyə səfiri Cahit Bağçıya təşəkkür edib və qardaş ölkədəki güclü meşə yanğınlarının söndürülməsi üçün zəruri köməkliyin göstərilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə verdiyi tapşırığın uğurla yerinə yetirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib. O, yanğınsöndürmə əməliyyatlarını müvəffəqiyyətlə yerinə yetirmiş Azərbaycan FHN-in Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması və əməliyyatlarda fərqlənmiş əməkdaşların təltif olunmaları barədə cənab Prezidentin imzaladığı sərəncamları xatırladaraq, ölkə başçısının bu ali diqqət və qayğısının Nazirliyin şəxsi heyətinin daha böyük əzm və səylə fəaliyyət göstərməyə həvəsləndirdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

20-09-2021, 15:46 288

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041