Ponomaryov: “Belədə mənim əlim-qolum bağlanır”

Srağagün keçirilən "İrəvan" - "Şamaxı" oyununu izləyənlər arasında "Sabah"ın Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryov da vardı.

Veteran futbolçu ilə "bayquşlar"ın uğursuz çıxışı, əvəzedici heyətə göndərilən futbolçuların taleyi və başqa məsələlər ətrafında danışdıq.

- İqor Anatolyeviç, "Sabah" 7 turdan sonda qələbə qazandı. İctimaiyyət gözləyirdi ki, artıq komandanızın uğursuzluqladı geridə qaldı. Amma 3 gün əvvəl "Sumqayıt"la təxirə salınan oyunda yenidən məğlub olduz. Bunu necə izah edərdiz? 
- Deyiləsi nəsə yoxdu. Çox pis oynadıq, toparlanmalıyıq. 

- Bunu baş məşqçi Murad Musayev də deyib. Biz sizdən daha detallı səbəblər istəyirik...
- Oyunumuz, nəticə göz önündədi. Fakt odu ki, çatışmazlıqlar var. Bunun üzərində təhlillər aparmalı və nəticə çıxarmalıyıq. Fiziki cəhətdən futbolçularımızda problem görmürəm. Amma "Sumqayıt"la son oyun göstərdi ki, meydanda oyun quruculuğumuzda nöqsanlar var. 

- Bəs psixoloji təzyiqin uğursuzluqda rolu hansı həddədi? 
- Əlbəttə, bunun da çox təsiri var. Əlavə edim ki, heyətimizdə itkilər də var. Anatoli Nuriyev, Jarl Marqarita, İshak Belfodil kimi oyunçularımız sıradan çıxıb. Təbii ki, onların yoxluğu uğursuzluğa haqq vermir, amma müəyyən mənada bunun da təsiri az deyil. 

- Kahim, Till, Marqarita, Ayaz Quliyev, Sekidika kimi oyunçuları transfer etdiz, amma onlar hələ də effekt vermir. Komandaya uyğunlaşmaqla bağlı problemləri var? 
- Hər biri yaxşı futbolçudu. Uyğunlaşmaqla da bağlı problemləri yoxdu. Özlərini həm ölkəmizdə, həm də komamdamızda yaxşı hiss edirlər. Məşqlərdə də bütün qüvvələriylə çalışırlar. Sadəcə, onların da üzərində təzyiq var. Düşünürəm ki, məhz bu təzyiqə görə istədikləri oyunu göstərə bilmirlər. Amma istənilən halda bu futbolçulara güvənimiz böyükdü, inanırıq ki, qarşıdakı matçlarda sözlərini deyəcəklər. 

- “Qiyamçıların” - Nicat Mehbalıyevlə Ceyhun Nuriyevin taleyi necə olacaq? 
- Taleləri bəllidi, əvəzedici komandada məşq edirlər. 

- Onların əsas komandaya qayıtmaq ehtimalı varmı? 
- Mən onların hər biriylə, əsas da Ceyhunla danışmışam. Bildirmişəm ki, komandada rəqabət var. Sən yalnız mükəmməl performansınla baş məşqçinin diqqətini cəlb etməlisən. Təbii ki, son qərarı verən də odu. O isə deyir ki, mən daha çox oynamaq üçün başqa kluba keçmək istəyirəm. Belədə mənim əlim-qolum bağlanır. 

- Sizcə, futbolçular haqlı deyilmi? 
- Təbii ki, onların da istəklərini, narahatlığını başa düşürəm. Haqq da verirəm. Amma reallığı da unutmataq ki, hər iki futbolçunun mövqeyində güclü rəqabət var. Nicatla Ceyhun hazırda həmin rəqabətə uduzurlar. Heç bir məşqçi özünün düşməni olmaq istəmir, hər mövqedə kim daha güclü, hazırlıqlıdısa, ona da şans verir. 

- Bəs onları icarəyə vermək barədə düşünürsüzmü? 
- Bu barədə də düşünürük. Amma zaman göstərəcək. 

-"İrəvan" - "Şamaxı" qarşılaşmasını izləməyə gəlmisiz.
- Oyun qonaqların üstünlüyü ilə keçir. Möcüzə baş verməsə, "Şamaxı" rahat qalib gələcək. "İrəvan"da son günlər baş verən hadisələr bizə də xoş deyil. Komandaya heyfim gəlir. Böyük ümidlərlə çempionata başlamışdılar, yaxşı oyunlar keçirib qələbələri sıralayırdılar. Amma hazırda aparıcı futbolçular etiraz edərək oyuna çıxmırlar. Kaş belə hal olmayaydı. Bu tək kluba yox, ölkə futbolunun imicinə də zərbə vurur. Futbolçuları qınamıram, amma gərək başqa yol tapaydılar. Çünki bu addım hər şeydən əvvəl özlərinə ziyandı. Çünki, formadan düşürlər, qışa qədər də heç bir kluba keçə bilməyib kənarda qalacaqlar. Bu da onların hazırlıq səviyyəsini arzuolunmaz hala salacaq. 

- Futbolçular haqq etdikləri maaşı tələb edərkən səhv addım atırlar? Axı maliyyə məsələsi futbolçunun həyatında aparıcı şərtdi...
- Demirəm ki, futbolçular səhv edir. Həmçinin maliyyə məsələsinin vacibliyini də anlayıram. Sadəcə, başqa yol tapmaq olardı. Peşəkar futbolçu olmuş adam kimi qəbul edirəm ki, müasir futbolda pul öndə durur. Amma futbolçular alternativ yol seçsələr, daha yaxşı olardı. Şəxsi fikirimi deyim ki, onlar hamılıqla sözü bir yerə qoyub "İrəvan" rəhbərliyi önündə tələblərini qoymalıdılar, istəklərinə çatmaq yolunda addım atmalıdılar. İstənilən halda vəziyyət yaxşı deyil. Bunun tezliklə aradan qalxmasını arzulayıram. Sonuncu dəfə ölkə futbolunda nə vaxt belə halın olduğunu xatırlamaqda da çətinlik çəkirəm. Amma düşünürəm ki, "İrəvan" rəhbərliyi bu oyundan sonra ciddi addımlar atmaqla komandanı toparlayacaq və heyəti düzəldəcək.

31-10-2023, 09:30 168

Digər xəbərlər

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkar

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 14:50
Bu gün, 14:42
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
1 2 3 4 5 6 7 8 9 10 ... 961