Sumqayıtda "yaşıl hidrogen" istehsalı planlaşdırılır

 2027-2028-ci illərdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində "yaşıl hidrogen” istehsalına başlanılması planlaşdırılır.

Bunu “Report”a açıqlamasında Azərbaycan-Bolqarıstan birgə müəssisəsi olan “Caspian Lubricants Recycling”in baş direktoru, Bolqarıstanın “Torec Engineering” şirkətinin rəhbəri Kalin Runtev deyib.

"Əgər zavodun işə salınması planlaşdırıldığı kimi bu ilin noyabr-dekabr aylarında baş tutarsa, növbəti mərhələdə "yaşıl enerji”nin istehsalını təmin edəcək, sonra isə "yaşıl hidrogen” istehsalına başlayacağıq. Bu enerji növü yanacaq kimi və ikinci qrup baza yağlarının istehsalı üçün xammal kimi (hidrotəmizləmə, distillat fraksiyası və s.) istifadə olunacaq. Bu, bizi Cənubi Qafqazdan Pakistana qədər olan məkanda unikal edəcək - ən yaxın analoji istehsal 3 000 km məsafədə yerləşir", - K.Runtev qeyd edib.

Onun sözlərinə görə, hidrogen istehsalı üzrə layihəqabağı işlərə 2026-cı ildə başlanılacaq. Hidrogen qurğusunun işə salınması və II qrup yağların istehsalı 2027-2028-ci illərdə gözlənilir.

"Yaşıl hidrogen” suyun elektrolizi metodu ilə istehsal ediləcək və yerli resurslardan istifadə olunacaq. Hazırda şirkət Avropa və Çindən olan elektroliz qurğularının tədarükçüləri ilə danışıqlar aparır. Səhmdarlar yekun qərarı biznes planı təsdiqləndikdən sonra qəbul edəcəklər. Beynəlxalq tərəfdaşların iştirakı variantları da müzakirə olunur, lakin hələlik konkret razılaşmalar açıqlanmır", - birgə müəssisənin rəhbəri bildirib.

K.Runtevin sözlərinə görə, birinci mərhələdə “Caspian Lubricants Recycling” ildə 24 min tona qədər işlənmiş yağı - Bazel Konvensiyasının təsnifatına görə təhlükəli tullantıları emal etməyi planlaşdırır.

"Əsas məhsul əvvəllər Azərbaycanda istehsal olunmayan birinci qrup baza yağıdır. Zavod Xəzər regionunda COP29 sammitinə hazırlıq çərçivəsində qəbul edilmiş ekoloji standartlara uyğun ilk müəssisə olacaq. Emal edilmiş tullantılardan 18 min tona qədər yağ və 2-3 min ton bitum (yol, izolyasiya, asfalt) istehsalı planlaşdırılır", - şirkətin baş direktoru vurğulayıb.

Layihənin əsas prinsiplərindən biri və Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunun alınması şərti yalnız yerli xammaldan istifadə edilməsidir. K.Runtevin sözlərinə görə, zavod xaricdən tullantı idxal etməyəcək. Artıq bir sıra avtoservis və rəsmi avtomobil idxalçıları ilə müqavilələr bağlanıb. Həmçinin dövlət qurumları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və sənaye müəssisələri ilə əməkdaşlıq müzakirə olunur.

"Zavod işə düşdükdən sonra biz bütün iri sənaye oyunçuları ilə görüşlərə başlayacağıq. Azərbaycanda fəaliyyət göstərən bir çox beynəlxalq şirkətlər layihəmizə böyük maraq göstərir", - Bolqarıstan şirkətinin rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan ildə 40 min tondan çox baza yağı istehlak edir: "Bu, çox maraqlı bazardır və biz həcmin ən azı yarısını daxili bazarda satmağı, eləcə də bu məhsulu Bolqarıstan, Rumıniya, Ukraynaya ixrac etməyi planlaşdırırıq, bununla bağlı artıq ilkin razılaşmalar əldə olunub. Türkiyə də ildə 450 min tondan çox yağ istehlak edən nəhəng bazar hesab olunur.

İxrac bizim üçün əsas istiqamətdir. Biz həmçinin digər ölkələrdə, o cümlədən Mərkəzi Asiya dövlətlərində oxşar layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiririk", - K.Runtev bildirib.

Onun sözlərinə görə, layihə Azərbaycan və Bolqarıstanın dövlət başçıları səviyyəsində strateji dəstək alıb. “Caspian Lubricants Recycling” Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentidir ki, bu da zəruri infrastruktura, kommunikasiyalara, məsləhətləşmələrə və güzəştli maliyyə mexanizmlərinə çıxış təmin edir.

"Azərbaycan yüksək həyat səviyyəsinin və sərmayə dəstəyinin olduğu sabitlik vahəsidir. Əhali ekoloji məsuliyyətin vacibliyini anlayır. Layihənin strateji layihə kimi tanınması onun uğurla həyata keçiriləcəyinə inamımızı gücləndirir", - K.Runtev sonda deyib.

7-08-2025, 17:34 229

Digər xəbərlər

Qurumlar sosial şəbəkə rəylərini izləyirmi? – Sumqayıt TV rəsmi sorğu göndərdi

Sumqayıtda sürücülük vəsiqəsi almaq asanlaşır

Sumqayıtda Türkiyə vətəndaşı ölmüş halda tapılıb

Prezident İlham Əliyev Naxçıvanda yeni təyinatlarla idarəçilikdə şəffaflıq və məsuliyyət mesajı verdi

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Sumqayıt sakinləri üçün AZAL reyslərində “powerbank” istifadəsinə yeni qadağa tətbiq olunacaq

Mehdiabadda kafedə bıçaqlanma: iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb – TƏFƏRRÜAT

Sumqayıtda müntəzəm marşrut avtobusları üçün yeni tələblər müəyyən edilib

Sumqayıtda kişi restoranın pilləkənlərindən yıxılaraq ölüb

Sumqayıtda bir gündə iki avtomobil yanıb

Prezident İlham Əliyevin 12 noyabr çıxışı dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcıdır

MDU-da “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirildi - FOTO/ VİDEO

Sumqayıtda avtomobil dərəyə aşdı

Sumqayıtda piyada zolağı maşınlarla bloklanıb, digər tərəfdə isə keçid birbaşa köşk üstünə düşür - VİDEO

Deputat: Azərbaycan–Özbəkistan əlaqələri rekord səviyyədədir

Sumqayıt Telekommunikasiya Qovşağında işçi sayı zərurət yarandıqca optimallaşdırılacaq

Zakir Fərəcov sakinlərin müraciətlərini dinlədi - FOTO

Xırdalan-Sumqayıt reysləri nə vaxt bərpa olunacaq?

İlham Əliyev fərman imzaladı – Sumqayıtla bağlı dəyişiklik də var

Şagirdlər növbəti həftədən beşgünlük payız tətilinə çıxır

1 2 3 4 5 6 7 8 9 10 ... 986
Bu gün, 15:00
Bu gün, 13:31
Bu gün, 13:15
Bu gün, 13:01
Bu gün, 12:35
Bu gün, 12:20
Bu gün, 12:05
Bu gün, 12:00
Bu gün, 11:47
Bu gün, 11:21
Bu gün, 11:06
Bu gün, 10:49
Bu gün, 09:15
Bu gün, 09:00
15-11-2025, 13:21
14-11-2025, 18:14
14-11-2025, 16:26
14-11-2025, 16:11
14-11-2025, 16:07
14-11-2025, 13:10
14-11-2025, 11:57
14-11-2025, 11:52
14-11-2025, 11:47
14-11-2025, 09:29
14-11-2025, 09:01
13-11-2025, 20:05
13-11-2025, 19:48
13-11-2025, 17:57
13-11-2025, 17:42
13-11-2025, 16:38
13-11-2025, 15:57
13-11-2025, 15:50
13-11-2025, 15:47
13-11-2025, 12:42
13-11-2025, 12:38
13-11-2025, 12:29
13-11-2025, 11:25
13-11-2025, 11:15
13-11-2025, 10:51
13-11-2025, 10:23
1 2 3 4 5 6 7 8 9 10 ... 986