Lotu Hikmətin toyundan sonra məni axtardılar

“Toyda səkkiz musiqi qrupu var idi...” - Lotu Hikmətin toyunu idarə edən diktor...

Xəbər verdiyimiz kimi, Azərbaycanın ilk qanuni oğrularından olan Lotu Hikmətin 1995-ci ildə baş tutan toy mərasimi bir neçə gündür ki, müzakirələrə səbəb olub. Toy ən məşhur sənət adamlarının çıxışı ilə yadda qaldığı üçün bu gün də xatırlanır. 
 
Hikmətin toyunda iştirak edən tanınmışlardan biri də Xalq artisti Eldost Bayramlıdır. Sumqayit.tv xəbər verir ki, E.Bayramlı toyda iştirak etməsini Moderator.az-a belə danışıb:
 
“Hikmətin toyu iki gün olub və ikinci gününü mən aparmışam. Bir həftə öncə tanıdığım xanım var bankda işləyirdi və mənə dedi ki, qardaşım Rusiyadan Azərbaycana evlənməyə gəlir. Harda olursunuz olun, amma o toyu siz aparmalısınız. O oğlan da Sabirabadın dəyərli oğlanlarından biri idi. Məni oğlanın toyuna dəvət etdilər və iştirak etdim. Toyda bəy mənə dedi ki, “Hikməti tanıyırsınız?” Dedim ki, bəli, haqqında eşitmişəm. Bəy dedi ki, “ayın 19-u və 20-də Hikmətin toyudu, qardaşı da toydadır. Bir dənə mənim və öz adınızdan qardaş haqqında  sağlıq deyin”. Mən də sağlığı dedim və Hikmətin qardaşı Fikrət ayağa durub əliylə hamıya işarə etdi ki, sizi toya dəvət edirəm. Toy qurtarandan sonra rəhmətlik klarnet ifaçısı Zahid Sabirabadlı dedi ki, “Eldost müəllim, bilirsiniz də ayın 19-u və 20-də burda toydasınız”. Dedim ki, axı məni dəvət etmədi. Zahid dedi ki, “yox, sizi də dəvət etdi”. Mən bu çevrədə olmamışdım, amma bilirdim ki, Hikmət bizim tanınmış diktor, Amaliya xanım Pənahovanın həyat yoldaşı Yusif Muxtarovun əmisi oğludur. Allah hamısına rəhmət eləsin. Mən evə çox narahat gəldim. Ona görə getdim Yusif müəllimin yanına və dedim ki, məni də Hikmətin toyuna dəvət ediblər, amma bilmirəm necə olacaq. Dedi ki, “vallah elə məni də dəvət ediblər və gedib pulumu salıb gələcəm”. Yəni Yusifin də mənə bir köməyi dəymədi. Toya bir həftə qalmış taksi tutub Sabirabada getdim. Həyətlərində toy çadırı qururdular və orda Fikrət müəllimlə görüşüb söhbət etdik. Dedim ki, Fikrət müəllim, siz məni toya dəvət etmisiniz, yoxsa yox. Cavabını eşidəndə bildim ki, gəlməyə bilərdim. Mən də sözün xəstəsiyəm, çox məsuliyyətliyəm. Fikrət dedi ki, “sizi dəvət edirəm, bir dost kimi burda olun”. Ayın 19-da başqa toyda olduğum üçün 20-də Hikmətin toyuna gəldim. 
 
Toyda məni təqdim etdilər və səhərə qədər toyu özüm apardım. Orda çox gözəl oğlanlar var idi. Allah dünyasını dəyişənlərin  hamısına rəhmət eləsin. Rəhmətlik Hikmətin özü çox xoşuma gəldi. Anası rəhmətlik rəqs etdi. Təsəvvür edin ki, orda səkkiz musiqi qrupu var idi. Skripka ifaçısı rəhmətlik Kazbek Əliyev və meyxana ustadı Ağasəlim Çıldaq iki gün toyda iştirak edib. Mən də toyda bacardığımı etdim. Səsim xoşlarına gəlmişdi və hətta sonra məni axtarmışdılar. 
 
Mən aparıcı deyiləm axı, diktoram. Amma on il məni məcbur etdilər ki, aparıcılıq edim, balalarımı dolandırım. Lakin getmədim. On ildən sonra Şirzad Hüseynovun oğlu Fərman Hüseynov məni məcbur  musiqiçilər yığılan bağa aparıb təqdim etdi ki, toylara gedim. Özüm də gördüm ki, bu səs, söz camaata lazımdı. Bu da Azərbaycan dilinin təbliğatıdır. Gedim ustadlardan öyrəndim və belə nəticə çıxardım ki, lakonik, qısa danış və əyləş yerində. Bu prinsip mənə sonrakı illərdə də kömək etdi. Halal zəhmətimlə həyat yoldaşımın yasını yola verdim, oğlumu da evləndirdim. Bir adamın əlinə baxmazdım. Eyni zamanda, adımı-sanımı qoruyurdum”. 

14-07-2021, 16:47 376

Digər xəbərlər

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Dünən, 17:55
Dünən, 13:11
Dünən, 12:59
Dünən, 12:33
Dünən, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
1 2 3 4 5 6 7 8 9 10 ... 962