Çəmbərək rayonu Gölkənd kənd icması ikinci iclasını Sumqayıtda keçirib-FOTOLAR


Qərbi Azərbaycan İcması (QAİ) Çəmbərək (Krasnoselski) rayonu Gölkənd kənd icmasının Sumqayıt şəhərində ikinci iclası baş tutub. 
Sumqayit.tv-
in verdiyi məlumata görə, tədbir Sumqayıt şəhər Texniki və Təbət Elimləri Liseyinin akt zalında keçirilib.  
Yığıncağı giriş nitqi ilə kənd icmasının sədri Elza Süleymanova açdıqdan sonra, həmkəndlilər Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra söz qonaq qismində tədbirə dəvət almış QAİ Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılova verilib.  
R.İsmayılov İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərlinin salamını görüş iştirakçılarının nəzərinə çatdıraraq, İcmanın məramnamə və nizamnaməsi haqqında ətraflı məlumat verərək Gölkənd insanlarına çıxdıqları şərəfli yolda uğurlar arzulayıb və hər kəsi fəal olmağa dəvət edib. 
Daha sonra sözügedən kəndin nümayəndəsi həkim Ülviyyə Hacıyeva müstəqil Azərbaycanın azadlığı uğrunda adıçəkilən kənddən də şəhid olan 14 nəfərin timsalında bütün şəhidlərimizlə qürur duyduğunu bildirib. O əlavə edib ki, Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Qərbi azərbaycanlılar da mütləq öz doğma yurd-yuvalarına qayıdacaq. 
Digər həkim Razim Hacıyev də öz nitqində ata-babalarının uyuduğu torpaqlara qayıdacaqlarına zərrə qədər şübhə etmədiyini bildirib. 
Sonra söz kənd icmasının İdarə Heyətinin üzvü Alı Alıyevə verilib. O da özündən əvvəlki çıxışçıların fikirlərini bölüşdüyünü və başladılan işin təsirli olması üçün hər kəsin fəallıq göstərməsinin vacibliyini vurğulayıb. 
Çıxışlardan sonra Gölkənd kənd icmasının sədri E.Süleymanova gündəlikdə duran əsas məsələnin Gənclər Birliyinin formalaşması olduğunu qeyd etdi. Gölkənd əsilli həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Yavər Hacısoyu kəndin Gənclər Birliyi istiqamətində çalışacağını söz verib.
Tədbirin sonunda xatirə fotosu çəkilib.




















4-12-2023, 15:46 814

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060