Qərbi Azərbaycan İcması dünya birliyini həmrəyliyə çağırır-FOTO


Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda təşkil edilən beynəlxalq konfrans çərçivəsində tədbirə gələn qonaqlarla İcma üzvləri arasında ikitərəfli görüşlər davam edir.
Sumqayit.tv-in xəbərinə görə, Beynəlxalq İranşünaslıq Mərkəzinin Tədqiqat üzrə direktoru, istefada olan general-mayor Əhməd Əl-Maimoni ilə bir araya gələn Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, təmsil etdiyi icmanın əksər üzvləri kimi o da doğulduğu torpaqlardan uzaq düşüb və 35 ildir ki, yaxınlarının məzarını belə ziyarət edə bilmir.
RAMİL.jpeg (97 KB)
Sədr müavini bu taleyi yüz minlərlə qərbi azərbaycanlının paylaşdığını vurğulayıb. Əhməd Əl-Maimoni eşitdiklərindən təsirləndiyini bildirərək bunun insanlıq əleyhinə cinayət olduğunu, bu haqsızlığın aradan qaldırılmalı olduğunu vurğulayıb.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə “Əlcəzair-2” Universitetinin professoru Şakib Benhafri ilə görüşüb.
İcma sədri bildirib ki, qərbi azərbaycanlıların öz evlərindən zorla qovulması nəticəsində Ermənistan monoetnik dövlətə çevrilib. O qeyd edib ki, soydaşlarımızın tərk etdiyi yaşayış məntəqələrinin əksəriyyəti bu gün də boş və viranədir, mədəni irsimiz dağıdılıb, məzarlıqlarımız yerlə-yeksan edilib.
Əlcəzairli qonaq baş verən hadisələrin insanlıq tarixində utancverici səhifə olduğunu ifadə edib.
Daha bir görüş İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilə italiyalı mədəni irs mütəxəssisi Alessandro Biançi arasında baş tutub.
MELAHET.jpeg (98 KB)
Məlahət İbrahimqızı bildirib ki, ötən əsrdə baş verən deportasiyalar soydaşlarımızın mədəni irsinə ağır zərbə vurub. Məscidlərimiz, tarixi abidələrimizlə yanaşı, xalçaçılıq, aşıq sənəti, ədəbiyyatımız məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Şura sədri beynəlxalq arenada bu istiqamətlə məşğul olan qurumların bu faciəyə səssiz qalmasının yolverilməz olduğunu vurğulayıb.
Alessandro Biançi mədəni irsə qarşı vandallıq aktlarının yolverilməz olduğunu, dünya birliyinin bu məsələdə həmrəy olmalı olduğunu qeyd edib.

5-12-2023, 17:53 172

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041