Bəriyabad kənd icması strukturlarını formalaşdırdı-FOTOLAR

Qərbi Azərbaycan İcması (QAİ) Çəmbərək (Krasnoselski) rayonu Bəriyabad kənd icmasının Sumqayıt şəhərində  növbəti iclası keçrilib. 
Kənd icmasından Sumqayit.tv-yə verilən məlumata görə, toplantı Sumqayıt şəhər 21 saylı tam orta məktəbin akt zalında olub. Tədbir vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncağı Qərbi Azərbaycan İcmasının bölgə üzrə koordinatoru İman Məmmədov açaraq, Bəriyabad kənd icmasının sədri Azər İsgəndərovu toplantı üzvlərinə təqdim edib, ona və həmkəndlilərinə uğurlar arzuladı. 
Kənd icmasının sədri A.İsgəndərov bildirib ki, Qərbi Azərbaycan İcmasının yaranması zərurətdən doğan məsələdir. Ona görə də biz -  Qərbi azərbaycanlılar daim Azərbaycan dövlətinin və siyasi rəhbərliyin yanında durmalıyıq. “Əgər biz Qərbi Azərbaycan amalı uğrunda birləşib mübarizə üsullarımızı inkişaf etdirə biləriksə, o zaman tezliklə ata-baba yurdlarımızı görmək hamımıza nəsib olar, - deyə Bəriyabad kənd icmasının sədri fikirlərini tamamlayıb. 
Çıxış edən Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov da A.İsgəndərova və Bəriyabad kənd sakinlərinə gedilən müqəddəs yolda nailiyyətlər arzulayıb. O əlavə edib ki, aparılan mübarizənin nə qədər əhəmiyyətli və şərəfli olduğunu hər kəs dərk edib, dövlətimizin bizim qarşımızda qoyduğu missiyanı yerinə yetirmək üçün əlindən gələni etməlidir. “Bunun üçün dövlət başçımız cənab İlham Əliyev bizlərə hər bir şəraiti yaradıb. Bizə sadəcə işləmək və bu etimadı doğrultmaq qalır”.
 Eyni zamanda R.İsmayılov  Bəriyabad kənd icmasının Sumqayıtda yaşayan sakinlərini QAİ Sumqayıt şəhər nümayəndəliyi ilə əlaqəli şəkildə işləməyə dəvət edib.
Daha sonra Bəriyabad kənd icmasının Ziyalılar, Ağsaqqallar, Qadınlar və Gənclər Şurası yaradıldı. 
Kənd sakinləri çıxış edərək yekdilliklə bu işə töhfə verəcəklərini, doğma yurdlarına qayıtmaq üçün əllərindən gələn nə varsa əsirgəməyəcəklərini söz verdilər.































11-12-2023, 15:30 1 322

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005