Qafan rayonunun Müsəlləm kənd sakinləri bir araya gəldilər-FOTO/VİDEO


Qərbi Azərbaycan İcması (QAİ) Qafan rayon Müsəlləm kənd  icmasının ilk iclası keçirilib. 
Sumqayit.tv
-in verdiyi məlumata görə, Sumqayıtda yerləşən “Yeni Həyat” şadlıq sarayında baş tutan tədbiri Qafan rayon İcmasının sədri, tibb elimləri doktoru, professor Eldar Abbasov açıb.

O, Müsəlləm kənd icmasının üzvlərini Müstəqillik Günü münasibətilə təbrik edib və Azərbaycanın müstəqilliyi uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. 
E. Abbasov  bildirib ki,  prezident İlham Əliyevin 2022-ci il dekabrın 24 də  QAİ-ın mərkəzi ofisinə gəlişi Qərbi azərbaycanlıların qayıdış ideyasını alovlandırıb. ”Dövlət başçımızın Qərbi Azərbaycanlı ziyalılarla görüşü zamanı etdiyi çıxış, soydaşlarımızın fəallığını sürətləndirdi. Onlarda Qərbi Azərbaycana qayıtmaq  ümidi artdı. İnsanlarımız öz ata-baba yurdlarına qayıtmaq üçün təşkilatlanma prosesinə başladılar. O cümlədən Qafan rayonu üzrə icmalarımız formalaşdırıldı. Bu gün isə Qafan rayonu Müsəlləm kənd icmasının ilk toplantısına yığışmışıq. Bu münasibətlə bütün müsəlləmliləri ürəkdən təbrik edir, sizə işlərinizdə uğurlar arzulayıram .”-deyərək professor Eldar Abbasov nitqini yekunlaşdırıb. 
Sonra Müsəlləm kənd İcmasının sədri Sədrəddin İsmayılov çıxış edərək kəndçilərini salamlayıb.
 
Sədrəddin ismayılov 36 ildən sonra belə bir tərkibdə ilk dəfə bir araya gəldiklərini deyib. Belə bir görüşün baş tutmasında Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına verdiyi dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini və bu haqq mübarizəsinin müsbət nəticə ilə yekunlaşacağına əmin olduğunu dilə gətirən kənd İcmasının sədri,  əlavə edib ki, hər zaman dövlətçiliyə öz sədaqətləri ilə xidmət göstərən müsəlləmlilər başladılan prosesin bir parçası olacaqlar. Çünki, etibar bağlılığı Müsəlləm camaatının qanındadır. Biz  Müsəlləmlilər dərk edirik ki, dövlətimiz belə bir məqamda Qərbi Azərbaycan mövzusunu önə çəkibsə, deməli biz də dövlətimizin yanında durub, bu müqəddəs siyasətə dəstək verməliyik. Bundan başqa kəndimizin camaatı üçün belə bir layihənin iştirakçısı olmaq həm şərəfli, həm də vacibdir. Biz əmin olmalıyıq ki, Qarabağı geri alan müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu nə zamnsa Zəngəzur mahalında o cümlədən bizim kənddə bərqərar olacaq.”-deyə, İsmayılov fikirlərini tamamlayıb.

Müsəlləm kənd icmasının tədbirinə qatılan  QAİ Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov da öz növbəsində tədbir iştirakçılarını salamlayıb, onları həmrəy olmağa və icmanın işində yaxından iştirak etməyə çağırıb. 

Sonra Müəlləm kənd icmasının sədr müavini Əkrəm Mustafayev çıxış edib. O da öz kənd camaatını salamladıqdan sonra, tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Müsəlləm kənd sakini, iş adamı Namiq İsmayılova minnətdarlığını bildirib. Ə.Mustafayev N.İsmayılova xatirə fotosu olaraq Müsəlləm kəndində olan aşağ və yuxarı körpülərin şəkilini hədiyyə edib. 
Tədbir, ölkən tanınmış mügənnilərinin ifaları ilə davam etdirilib.







29-05-2024, 17:12 640

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060