Gölkənd İcma nümayəndələri vəsiqələrini aldı


Qərbi Azərbaycan İcması (QAİ) Çəmbərək rayon Gölkənd kənd icmasının növbəti iclası keçirilib. 
Sumqayit.tv
xəbər verir ki, iclas QAİ-in Sumqayıt nümayəndəliyində baş tutub. Toplantıya Gölkənd kənd icmasının üzvləri ilə yanaşı, Sumqayıt nümayəndəliyinin rəhbəri  Ramiz İsmayılovda qatılıb. 
Ramiz Ismayılov
Tədbiri giriş sözü ilə R.İsmayılov açıb. O, Gölkənd camaatını salamlayıb və onlara işlərində uğurlar arzulayıb. 
Sonra Çəmbərək rayon İcmasının sədr müavini, Gölkənd kənd İcmasının sədri Tanrıverdi Mustafayev çıxış edib.
Tanrıverdi Mustafayev
O,  Gölkənd kənd camaatını salamlayaraq Çəmbərək rayon icmasının sədri Prof. Əvəz Ələkbərovun salamını toplantı iştirakçılarına çatdırıb. Sonra gündəlikdə duran məslələr barədə iclas iştirakçılarını tanış edib. 
Əsasən gündəliyə üç  məsələ salınıb; 
1) Kənd icmasının 8 ayda   gördüyü işlərin qısa hesabatı;
2) Qərbi Azərbaycan İcmasının vəsiqə və döş nişanlarının İcma üzvlərinə təqdim olunması;
3) Cari məsələlər.
 
Gündəlikdəki birinci məsələ ilə bağlı hesabat verən Gölkənd kənd İcmasının sədri T.Mustafayev qeyd edib ki,  1987-1988-ci illərdə Qərbi Azərbaycanda - indiki Ermənistan Çəmbərək (Krasnoselsk) rayonu Gölkənd kənd ərazisində soyqırımına məruz qalımış, ata-baba yurdlarından qovulmuş kəndçilərimizin adlı siyahasını Qərbi Azərbaycan İcmasının İdarə heyətinin tapşırığına əsasən vaxtında  uğurla başa çatdırıb və təqdim ediblər. Sevindirici haldır ki, hətta, biz bu prosesi ilk həyata keçirən kəndlərdən birincilərindən biri olduq. Düşündüyümüzdən daha çətin proses oldu, çünki həmin tarixdən təxminən 36 il keçib və insanlarımızın bir hissəsi bu müddət ərzində dünyadan köçüb, bir hissəsi dəfələrlə yaşayış yerini dəyişib, bir hissəsi isə dünyanın bir çox ölkələrinə səpələnib.Bu isə o deməkdir ki, Gölkəndlilər ölkə başçımızın göstərdiyi yola həmişə sadiqdirlər. Yolumuz isə Gölkəndə doğrudur. 
   21 yanvar 2024-cü il tarixində Gölkənd kənd İcmasının geniş toplantısı keçirilib. 
  Qərbi Azərbaycan İcmasının qarşısına "Qərbi Azərbaycana Qayıdış" konsepsiyasında təsbit olunmuş konkret vəzifələrin qoyulduğu və addım - addım həyata keçirilməsi toplantı iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, bu sırada Qərbi Azərbaycana həqiqətlərini bütün tərəfləri ilə öyrənmək və onları harada yaşamasından asılı olmayaraq icma üzvləri tərəfindən beynəlxalq müstəviyə çıxarmaq xüsusi yer tutur.
   Gölkəndin tarixi haqqında kitab çap etdirməklə bağlı məlumat üçün qeyd edim ki, kəndimizə aid kitabın hazırlanması üçün bəzi hissələr hazırdır və bu istiqamətdə xeyli iş görülüb. Sadəcə bi işin tezliklə ərsəyə gəlməsindən ötürü hamımız məsələyə ciddi yanaşmalı və öz köməkliyimizi göstərməliyik – deyə, T.Mustafayev bildirib. 
T. Mustafayev Bakı şəhər, Həsən Əliyev küçəsində Çəmbərək rayon İcmasına  ofis verildiyini, bunun isə sevindirici hal olduğunu vurğulayaraq fikirlərini yekunlaşdırıb.
Daha sonra Gölkənd kənd icması Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim, fizika üzrə fəlsəfə doktoru Vaqif Ələkbərov bu günün əlamətdar olduğunu vurğulayıb.
Vaqif Ələkbərov
O qeyd edib ki, əsas məqsəd dədə-baba yurdumuz olan Gölkəndin unutdurulmamasıdır. Birazdan veriləcək üzvlük vəsiqələri və döş nişanları həm də bu amala xidmət edir. Bu vəsiqələri almaqla, Gölkəndli olmağın məsuliyyət hissini daha dərindən dərk etmiş oluruq. 
“Təşkilatın yaranması bizlər üçün şans yaratmış oldu. Burada həm kənd camaatı ilə sıx əməkdaşlıq imkanları yaranır, həm də doğulub boya-başa çatdığımız kəndimizi tez-tez xatırlamalı olacağıq. Mən buradan Gölkəndlilərə çağırış edərək, onların passiv olan qismini də fəallıq göstərməyə çağırıram. Biz fəallıq göstərərək ölkə başçımızın arxasında durmalıyıq ki, prezidentimiz də bizim haqq səsimizi dünya birliyinə çatdıra bilsin.”-deyərək V.Ələkbərov çıxışını yekunlaşdırıb.
Gündəlikdəki digər məsələyə uyğun olaraq QAİ-in Çəmbərək rayonu Gölkənd icma üzvlərinə vəsiqə və döş nişanları təqdim olunub.
Sonra cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Səmimi şəraitdə keç ən görüşün sonunda xatirə fotosu çəkdirilib.




























10-06-2024, 15:37 748

Digər xəbərlər

“Qarabağ” Bilbaoda məğlub oldu – İlk itki

Ramiz Mehdiyev məsələsi sıradan deyil” — Cahandar Bayoğlu: “Azərbaycanda paralel dövlət qurulub”

Sumqayıtın bu ərazilərində qaz kəsiləcək

Qəbələ Zirvəsi və Azərbaycan

Sumqayıtlı yeniyetmə Almaniyada qızıl medal qazandı -FOTO

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 22:36
Dünən, 13:53
Dünən, 12:11
Dünən, 10:21
Dünən, 09:52
21-10-2025, 13:50
21-10-2025, 11:03
21-10-2025, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 972