İstisu İcması tələbə adı qazananları sevindirdi


Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt şəhər nümayəndəliyi və Dərələyəz mahalının İstisu İcmasını bu il ali məktəbə qəbul olan tələbələri təbrik etdi.
 Sumqayit.tv
-in verdiyi məlumata görə, QAİ Sumqayıt şəhəri üzrə nümayəndəliyində baş tutan tədbirdə, əslən İstisu kəndindən olan 8 tələbə həvəsləndirici hədiyyələrlə təltif olunub. 
Görüş Ümummilli lider Heydər Əliyevin və  Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə İstisu İcmasının sədri, folklorşünas alim Alı Alıyev açıb. O,  İstisu  kənd icmasının üzvlərini və tələbə adı qazanan gəncləri salamlayaraq onlara uğurlar arzulayıb.
“Tələbə adını qazanmaqla kifayətlənmək olmaz. Gələcəkdə yaxşı mütəxəssis kimi yetişmək üçün tələbələrimiz öz üzərlərində çalışmalı və daha geniş elmə və biliyə  sahib olmalıdırlar ki, özlərinə karyera qura bilsinlər. Dünyanın heç bir yerində elmli və savadlı gənclər işsiz qalmır. Onları həm dövlət qurumları, həm də özəl şirkətlər özləri axtarıb tapır. Ona görə də mütləq şəkildə oxumalı və biliyinizi artırmalısınız.”-deyə, A.Alıyev fikirlərini bildirib.   
Sonra Dərələyəz mahalı Paşalı İcmasının sədri, aqrar elimlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev  öz adından və Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin adından gənc tələbələri salamlayıb. F.Xudayev bildirib ki, yeni qəbul olan tələbələrə həm Azərbaycan dövlətinin, həm də xalqımızın çox böyük ehtiyacı var.
QAİ Sumqayıt nümayəndəsi Ramiz İsmayılov, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev də gənclərə qədəm qoyduqları yeni həyatda uğurlar arzulayıb, onlara bol şanslar diləyiblər. 
Tələbə adını qazanan gənclər və valideyinləri də öz növbəsində tədbiri təşkil edənlərə minnətdarlıqlarını bildirib, bu toplantının onlar üçün böyük önəm daşıdığını dilə gətiriblər.





































23-09-2024, 18:10 597

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041