Əziz Ələkbərli: “Cənab İlham Əliyev öz qətiyyətli mövqeyi ilə siyasətə yeni çalarlar gətirməklə ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun möhkəmlənməsinə nail olmuşdur”


“2006-cı ildə yaradılan və hazırda 9 üzvü olan BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib.
Yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edən, dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilən BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verməkdədir.
Rusiya Fedarsiyasının Kazan şəhərində keçirilən builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreşin qatılması bu təşkilatın artıq kifayət qədər nüfuzlu beynəlxalq təşkilata çevrildiyini və BRICS-ə üzv olan ölkələrin beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qaldığını, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləməklə, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını almaq işinə ciddi töhfələr verdiyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edərək Azəbaycanın bu təşkilatda yerinə və fəaliyyətinə aydınlıq gətirməklə, həm də ölkəmizin qəti mövqeyini bir daha nümayiş etdirmişdir.”

Bu sözləri aia.az-a müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “ 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik edən və bu sahədə kifayət qədər təcrübə qazanan Azərbaycan öz fəaliyyəti ilə göstərdi ki, beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır və bu məsələdə ardıcıl mövqeyi ilə fərqlənir. Eyni zamanda bu müddətdə özünün institusional inkişafında böyük addım atan Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi ölkəmizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kifayət qədər kömək edir.
Ölkəmizin başçısı xüsusi vurğulayıb ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycanın ərazisindən keçən “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir.”
Əziz Ələkbərli bildirib ki, “cənab Prezident bir daha ölkəmizin prinsipial mövqeyini ifadə edərək qeyd etmişdir ki, artıq Qlobal Cənub və Qlobal Şimal arasında önəmli mövqe tutan Azərbaycan iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək. Ölkəmizin belə bir prinsipial mövqeni ardıcıl olaraq inkişaf etdirməsi yeni tərəfdaşlarımızın sayını da artırmaqdadır. Məhz növbəti ayda təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı Azərbaycan dövlətinin, onun müdrik rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə hörmətin və dəstəyin parlaq sübutudur.”
Müsahibimiz sonda qeyd edib ki, “Sammit əsnasında Ermənistanın Baş naziri Paşinyanla sülh gündəliyini müzakirə edən ölkə başçısı bir daha ölkəmizin sülhə sadiqliyini nümayiş etdirmişdir. Qeyd edilənlər göstərir ki, cənab İlham Əliyev öz qətiyyətli və ardıcıl mövqeyi ilə siyasətə yeni çalarlar gətirməklə yanaşı, ölkəmizin mövqeyinin beynəlxalq müstəvidə daha da möhkəmlənməsinə əməli töhfələrini verməkdədir.”

25-10-2024, 13:55 81

Digər xəbərlər

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

Sumqayıt çimərliklərində hava 27 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
19-08-2025, 08:17
1 2 3 4 5 6 7 8 9 10 ... 961