Sumqayıt nümayəndəliyi tədbir keçirib-FOTO


Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyində tədbir keçirilib
 
İcmanın Sumqayıt şəhər nümayəndəliyindən Sumqayit.tv-yə verilən məlumata görə,  tədbirdə məqsəd  18 oktyabr Müstəqilliyin Bərpası gününü qeyd etmək olub. 
Tədbiri giriş sözü ilə QAİ Sumqayıt nümayəndəsi Ramiz İsmayılov açıb.
Ramiz İsmayılov
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğurunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. 
Sonra mövzu haqqında danışan R. İsmayılov geniş məlumat verərərk, əlamətdar günün əhəmiyyətindən və yaranma tarixndən danışıb. O bildirib ki, mütəqilliyi qazanmaq nə qədər çətin olsa da, onu qoruyub saxlamaq, ondan da çətindir. Şükürlər olsun ki, Azərbaycan öz mütəqilliyini dahi Heydər Əliyevin sayəsində qoruyub saxlıya bildi. 
Müstəqilliyin bərpasının ölkəmizə verdiyi töhvələrdən danışan Sumqayıt nümayəndəsi əlavə edib ki, bu gün  Azərbaycanın müasir dünyadakı beynəlxalq nüfuzu Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin siyasəti sayəsində durmadan artmaqdadır. Artıq dünyanın bütün dövlətləri müstəqil Azərbaycanın yürütdüyü siyasətlə hesablaşır və ölkəmizə bütün platformalarda hörmətlə yanaşırlar.
Əbülfəz Əbilov
QAİ Sumqayıt nümayəndəliyinin Ağsaqqallar Şurasının sədri Əbülfəz Əbilov çıxış edərək bir əsrdə Azərbaycanın iki dəfə müsətəqillik əldə etməsini mühüm hadisə adlandırıb. 
Nizami Əhmədov
QAİ İdarə Heyətinin üzvü Nizami Əhmədov bildirib ki, bir dövlətin öz müstəqilliyini elan etməsi, inkarolunmaz hadisədir. Lakin, onu qoruyub saxlamaq daha böyük məsuliyyət tələb edir. Bu baxımdan Azərbaycan bəxti gətirən dövlətlərdən sayılmalıdır. Çünki, onun Heydər Əliyev ulu öndəri, İlham Əliyev kimi dahi rəhbəri var.
Rüxsarə Məmmədova
QAİ Qadınlar Şurasının üzvü Rüxsarə Məmmədova Müstəqilliyin Bərpası günü ilə tədbir iştirakçılarını təbrik edərək, belə bir günün Qərbi Azərbaycan torpaqlarının bütövləşdiyi günlə əvəzlənməsini diləyib. 
Xankərəm Vəliyev
QAİ Sumqayıt Ağsaqqallar Şurasının üzvü Xankərəm Vəliyev nitqində bildirib ki, müstəqillik Azərbaycana heç də rahat başa gəlməyib. “Biz Azərbaycanın cəsur, mərd oğlan və qızlarının sayəsində belə bir xoşbəxt günə nail ola bilmişik.” -deyə, X.Vəliyev fikirlərini tamamlayıb. 
Digər çıxış edən natiqlər də Azərbaycan xalqını bu gözəl gün münasibətilə təbik edib, Azərbaycanın mütəqilliyinin əbədi olmasını arzulayıblar.  














18-10-2024, 18:26 321

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041