Sumqayıt nümayəndəliyi Zəfər Günü ilə bağlı toplantı keçirib-FOTOLAR



Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyində 8  Noyabr-Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.
 
Nümayəndəlikdən Sumqayit.tv-yə verilən məlumata görə,  Zəfər Günüə həsr olunan toplantı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Tədbiri giriş sözü ilə QAİ Sumqayıt nümayəndəsi Ramiz İsmayılovaçıb.
Ramiz İsmayılov
Sumqayıt nümayəndəsi tarixə ekskursiya edərək ermənilərin Qafqaza ,o cümlədən də Azərbaycan torpaqlarına köçrülmə siyasətindən danışaraq, onların millətimizə vurduğu ziyanlar haqqında geniş məlumat verib. R.İsmayılov dünya bir çox mütəfəkkirlərinin erməni xalqı haqqında söylədiyi fikirlərdən sitat gətirərək, onların yer üzərinə göndərilən zərərli toxum olduğunu bildirib. 
“Ermənilər xalqımızın humanistliyindən, qonaqpərvərliyindən sui-istifadə edərək hər zaman tarixi torpaqlarımıza göz dikib, fürsət düşdükcə öz ağalarının yardımı ilə Azərbaycan türklərinə qarşı dikriminasiya siyasəti yürüdüblər. Lakin artıq dövr dəyişib. İndi nə dünya, əvvəlki dünyadır, nə də Azərbaycan, əvvəlki  Azərbaycan deyil. Bilirik ki, dövlətimiz  dünya çapında sözünü deyən bir ölkəyə çevrilib. Xüsusən də 2020-ci il 27 sentyabr tarixində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında səfərbər olaraq, ermənilər tərəfindən 30 il işğalda qalan Qarabağımızın azad olunması üçün əmaəliyyata başlaması və cəmi 44 gün ərzində nöqtəni qoyması dövlətimizin nəyə qadir olduğunu göstərdi. Əminəm ki, 2020-ci ilin Zəfər yürüşünün məntiqi sonluğu ata-baba yurdumuz olan Qərbi Azərbaycana qayıdışımıza təkan verəcək”.-deyə R.İsmayılov fikirlərini tamamlayıb. 
QAİ Sumqayıt nümayəndəliyinin Ziyalılar Şurasının üzvü Bəxşeyiş Ələmşahov Zəfər Günü ilə əlaqədar çıxış edib.
Bəxşeyiş Ələmşahov
Azərbaycanı ordusunun şücaətindən danışan B.Ələmşahov bildirib ki, 90-cı illərdə xalq ulu öndər Heydər Əliyevin ətrafında necə sıx birləşmişdisə, eləcə də 2020-ci ildə Azərbaycan vətəndaşları ölkə başçısı cənab İlham Əliyevin ətrafında cəm oldu. Belə birliklərə nail olmaq üçün siyasi liderin kimliyi önəmli rol oynayır. Xalqımız xoşbəxtdir ki, onun H.Əliyev kimi liderləri olub, bu gün də İlham Əliyev kimi qalib lideri var. 
Fikirlərini “Heydər  Əliyev bir günəşdir, İlham Əliyev isə günəşdən süzülən nurdur.” cümləsi ilə tamamlayan  B. Ələmşahov xalqımızı Zəfər Günü münasibətilə təbrik edib. 
Şahmurad Məmməd
Çıxış edən ziyalı Şahmurad Məmməd qeyd edib ki, 200 il ərzində erməni xalqının hamiləri tərəfindən qıyma-qıyma doğrandı və Qərbi Azərbaycan yarandı. Şükürlər olsun artıq  bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Əminəm ki, zaman gələcək Q.Azərbaycan da özümüzə qayıdacaq və bütöv Azərbaycan formalaşacaq. 
Sonra QAİ Sumqayıt nümayəndəliyini Qadınlar Şurasının üzvü Mehriban Nəcəfovabildirdi ki, 44 günlük mücadilənin nəticəsində Azərbaycan xalqının alnının ləkəsi silindi, əyilmiş başımız dikəldi.
Mehriban Nəcəfova
Buna görə millət olaraq şəhidlərimizə, qazilərimizə və cənab Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalıyıq. 
Sonra Sumqayıt nümayəndəliyini Ağsaqqallar Şurasının üzvü Əlifxan MəmmədovZəfər gününün xalqımız üçün əhəmiyyətindən danışdı. 
Əlifxan Məmmədov
Daha sonra QAİ Sumqayıt nümayəndəliyinin fəxri ağsaqqalı Sevindik Məmmədov çıxış edərək, Zəfər Gününü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Sonda qərara alınıb ki, 8 noyabr tarixində QAİ Sumqayıt nümayəndəliyinin üzvləri Sumqayıtda salınmış şəhidlər xiyabanını ziyarət etsinlər. 


















4-11-2024, 15:24 252

Digər xəbərlər

Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs ölüb

Sumqayıtda əl qumbarası tapılıb

Hakan Fidan və İbrahim Kalın Suriyada səfərdədir

SSRİ-də dəhşətli atom sınağı - 45 min hərbçi cəlb edilib, zabitlərin beşdə üçü ölüb

Sumqayıtda binanın birinci mərtəbəsində daşıyıcı sütunlar dağıdılb - SAKİNLƏR ŞOKDA-VİDEO

Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

Sumqayıt Məhkəməsi 700 minlik cinayət törədən bağça müdiri ilə bağlı qərar verdi

Avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb

Məhkəmə Riad Rəfiyevin jurnalistlərə qarşı iddiasını icraata götürməyib

Sumqayıtın bu ərazilərində böyük söküntü olacaq - Tarix və kompensasiya

Nasistlər üçün vuruşan xain qəhrəman – Onu sovet dövləti də təltif edib, almanlar da

Bakı-Sumqayıt yolunda tıxacın HƏLL YOLU – “Hazır layihə var”

Bu universitetədə oxuyan tələbələrin gediş-gəlişi rahatlaşacaq — AÇIQLAMA

“Sumqayıt”ın gən futbolçusu üçün əlamətdar oyun

Deputat Bəşər Əsədlə görüşündən danışdı: "Bizə suallar vermişdi" - FOTO

Coratda ərini öldürən qadınla bağlı məhkəməyə müraciət edildi

Rusiyaya sığınan liderlər və onların taleyi – Korvalandan Əsədə qədər

Sumqayıtda 41 yaşlı kişi dələduzluqla 20000 ABŞ dollarını ələ keçirdi

Sumqayıtda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

1 2 3 4 5 6 7 8 9 10 ... 908
Dünən, 20:20
Dünən, 18:03
Dünən, 17:57
Dünən, 17:55
Dünən, 17:00
Dünən, 16:55
Dünən, 16:51
Dünən, 16:46
Dünən, 16:41
Dünən, 16:39
11-12-2024, 17:50
11-12-2024, 17:14
11-12-2024, 15:45
11-12-2024, 15:41
11-12-2024, 15:36
10-12-2024, 23:28
10-12-2024, 14:09
10-12-2024, 14:01
10-12-2024, 12:52
10-12-2024, 11:12
10-12-2024, 11:08
9-12-2024, 22:08
9-12-2024, 20:13
9-12-2024, 18:52
9-12-2024, 14:37
9-12-2024, 14:07
9-12-2024, 13:58
9-12-2024, 13:55
9-12-2024, 13:53
9-12-2024, 13:50
9-12-2024, 12:47
7-12-2024, 13:00
7-12-2024, 08:09
7-12-2024, 07:48
6-12-2024, 15:38
6-12-2024, 15:35
6-12-2024, 14:40
6-12-2024, 13:08
6-12-2024, 13:00
6-12-2024, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 908