Qərbi Azərbaycan İcması bəyanat yaydı: "Bu, Ermənistanın azərbaycanlılara qarşı..."

Qərbi Azərbaycan İcması BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində BMT ekspertlərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirləri təqdirəlayiq hesab edir.

Sumqayit.tv xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda deyilir:
BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində Ermənistanın dövri məruzəsinə dair baxışı zamanı BMT ekspertləri tərəfindən azərbaycanlıların Ermənistandan deportasiya edilməsi və Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması ilə bağlı məqamların qabardılması təqdirəlayiqdir.
Ermənistan nümayəndə heyətinin bu suallara dözümsüz münasibəti, bizim üçün əziz olan Göy Məscidin Azərbaycan xalqına mənsubluğunu bir daha danması erməni cəmiyyətində dərin kök salmış Azərbaycanofobiyanın, qondarma “etnik müstəsnalıq” xəstəliyinin bariz nümunəsidir. Bu, eyni zamanda Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə gəlişigözəl sözləri ilə tam ziddiyyət təşkil edir.
Ermənistanın işğal dönəmində Yuxarı Gövhər ağa məscidinin Azərbaycan xalqına məxsusluğunu inkar etməsi siyasəti tam uğursuzluğa düçar olduğu kimi, Göy Məscidin də Azərbaycan mənşəyini danmasının heç bir perspektivi yoxdur. Nə Ermənistan rəsmilərinin BMT kürsülərindən isterik cavabları, nə də Fransanın Ermənistandakı irqçi səfirinin gülünc tvitləri, “atmaca”ları Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini, izini silə bilməz.
Komitənin Ermənistana “Azərbaycan və Ermənistan kontekstində mediada və internet məkanında rəsmilərin və siyasətçilərin nifrət dolu çıxışlarından narahatlıq ifadə etməsi” ilə bağlı verdiyi tövsiyəsini Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü irqçi siyasətin BMT tərəfindən qeydə alınması kimi qiymətləndiririk. Bu xüsusda,BMT ekspertlərini Ermənistanda Azərbaycanofobiya problemini diqqətdə saxlamağa, bu ölkədə medianı, internet məkanını daim monitorinq etməyə çağırırıq. Biz, eyni zamanda BMT-nin digər aidiyyəti qurumlarını Ermənistanla bağlı müzakirələr zamanı Qərbi azərbaycanlıların pozulmuş hüquqlarına toxunmağa və bu ədalətsizliklərin aradan qaldırılması üçün Ermənistana tövsiyələr verməyə dəvət edirik.

16-12-2024, 11:17 181

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041