Ermənistan tərəfi qərbi azərbaycanlıların haqqlarını tanımazsa...


Qərbi Azərbaycan İcmasına üzv olan hər kəs çalışır ki, pozulmuş hüquqlarını bərpa etməklə  öz dədə-baba yurdlarına  qayıtsınlar.
 
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası ilə  bağlı həm dünya ölkələrinə, həm də BMT, AB və ATƏT kimi beynəlxaq təşkillatlara, həmçinin Ermənistanın Baş Naziri Nikol Paşinyana Qərbi Azərbaycan İcamsının nümayəndə heyyətini qəbul etməyi tövsiyyə etmişdir.
 
Lakin Ermənistan hakimiyyəti nasist siyasətindən hələ də əl çəkməməklə, qərbi azərbaycanlıların öz dədə-baba  torpaqlarına qayıtmasını əngəlləyir.  Ermənistan dövləti nəinki, azərbaycalılara qarşı, hətta, orada yaşayan digər azsaylı xalqlara qarşı da eyni siyasət yürüdüb. Bunun nümunəsini Ermənistan ərazisində yaşayan əhaliyə  nəzər yetirsək, görərik ki, Ermənistanda erməninərdən başqa heç bir xalq yaşamır. Ermənistan dünyada yeganə dövlətdir ki, mono respublika adını daşıyır.
 
Erməni tərəf iddia edir ki, orada yaşayan azərbaycanlılar öz evlərini könüllü şəkildə  sataraq, Ermənistanı tərk ediblər. Halbuki, tarixi sənədlər, əldə olunmuş fotolar, beynəlxaq araşdırmalar sübut edir ki, orada yaşayan azərbaycanlılar öz dədə-baba torpaqlarında soyqırım-qətliyamlara  məruz qalaraq öz yurdlarından məcburi şəkildə əmlakları müsadirə edilərək, deportasiya olunublar. 
 
Ermənilərin iddialarının əksinə, Qərbi Azərbaycandan deportasiyaya məruz qalan azərbaycanlılar  öz ailələrinin və qohumlarının onların gözü önündə necə vəhşicəzinə qətlə yetirilmələri haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ediblər.
 
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu kimi faktları araşdıraraq, müraciət etmiş  şəxlərin həm maddi, həm də onlara dəymiş mənəvi zərəri hesablayaraq onları zərərçəkmiş kimi tanıyıb. Qərbi Azərbaycan İcmasi bu kimi faktları nəzərə alıb,  Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana müraciət edərək, icmanın nümayəndə heyətini qəbul etməyi və onların öz dədə-baba yurdlarına qayıtmalarını təmin etmələrini bildiriblər.
 
Lakin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan hələ də Qərbi Azərbaycan İcmasının məlum müraciətinə heç bir münasibət bildirməyib. Qərbi Azərbaycan İcması azərbaycanlılarla, ermənilərin sülh və əminamanlıq şəraitində birgə yaşamağı mümkün hesab edir.
 
Əgər Baş Nazir Nikol Paşinyan və bütövlükdə Ermənistan cəmiyyəti irəli sürülən təklifi qəbul etməkdən imtina edərsə, o zaman Qərbi Azərbaycan İcması bu məsələni BMT, ATƏT, AB və digər beynəlxalq təşkilatlar səviyyəsində öz həllinin tapmasına çalışacaq və həmçinin onlara dəymiş zərərin əvəzini beynəlxalq məhkəmələrə müraciət və tələb edəcəyi qaçılmazdır.

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyi Gənclər Birliyinin üzvü, hüquqşünas Nəbiyev Emin 


1-02-2025, 11:01 171

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041