“Amasiya igidləri 44 günlük vətən müharibəsində” adlı kitab Sumqayıtda yaşayan amasiyalılara təqdim olundu-FOTO


Bu gün Qərbi Azərbaycan İcmasının (QAİ) Sumqayıt şəhər  nümayəndəliyində Amasiya rayon təşkilatı,  “Amasiya   igidləri 44 günlük vətən müharibəsində” adlı kitabı Sumqayıtda məskunlaşan amasiyalılara təqdim olunub.  
Sumqayit.tv
-in verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsini yad etməklə başlayıb. Bir dəqiqəlik sükutdan sonra ev yiyəsi qismində QAİ Sumqayıt şəhər nümayəndəsi Ramiz İsmayılov çıxış edib.
Ramiz İsmayılov
Qonaqları və dəvəti qəbul edib gələn tədbir iştirakçılarını salamlayan R.İsmayılov, Sumqayıt şəhərində məskunlaşan amasiyalılar barədə məlumat verib. Sumqayıt nümayəndəsi qeyd edib ki, “İstər birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycanın bütün bölgələrinin igidləri kimi, Sumqayıtda yaşayan amasiyalı igidlər də müqəddəs torpaqlarımız üçün cəbhədə savaşıblar. Onun nəticəsidir ki, bu gün şəhidlərimiz və qazilərimizin şanına yaraşacaq belə bir kitab nəşr olunub”-deyə, R.İsmayılov fikirlərini tamamlayıb.
 
Amasiya rayon Öysüz kənd İcma sədri, Müharibə veteran“, ”Azərbaycan Bayrağı” ordenli polkovnik Elmar Hüseynov nitqində bildirib ki, “Bəli, həqiqətən də Azərbaycanın ərazi bütövlüyünə təhlükə yarananda digər bölgələrimizin insanları kimi biz amasiyalılar da silaha sarıldıq.
Elmar Hüseynov
Azgın düşmənə qarşı döyüşlərdə fəal iştirak etdik. Yüzlərlə şəhid və qazilərimiz oldu. Bu günkü tədbir də məhz, Vətən Müharibəsində şəhid və qazi olan övladlarımızın adı ilə bağlıdır. Buna görə kitabı ərsəyə gətirən müəllifə və digər əmək sərf edənlərə təşəkür edirəm”. 
E.Hüseynov əlavə edib ki, Amasiya rayonunun Ağbaba ərazisindən olan üç şəhidin adına sənədli film çəkilib, Bu işi daha da genişləndirilməlidir ki, digər şəhidlərimizində adını gələcək nəsillərə ötürmək mümkün olsun. 
 
ADPU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Həcər Hüseynova redaktoru olduğu kitabın, tarirxi bir kitab olduğunu vurğulayıb.
Həcər Hüseynova
“Əgər bu gün şəhidlərimiz və qazilərimiz üçün kitablar çap olunursa, bunun özü göstərir ki, şəhidlərimiz unudulmur. Şəhidlər və qazilərimizin həyat hekayələri haqqında yazılan kitabların hərəsi bir dastandır. Bəlkə də onların hər biri haqqında ayrı-ayrı kitablar yazılmalıdır ki, Azərbaycan xalqının gələcək nəsilləri torpaqlarımız uğrunda canlarından keçən qəhrəmanlarımızı tanısınlar və unudulmağa qoymasınlar”. Şəhid valideyinlərinə təşəkkür edən H.Hüsyenova, şəhidlərin hər kəs üçün qürur yeri olduğunu dilə gətirib.

Amasiya rayonu üzrə kordinator Əhməd Rzayev Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin və Amasiya rayon İcmasının sədri Abel Məhərrəmovun salamlarını təqdimata toplananların diqqətinə çatdırıb,
Əhməd Rzayev
Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılova yaratdığı şəraitə və təşkilatçılığa görə, minnətdarlığını bildirib. Ə.Rzayev vurğulayıb ki, Amasiya rayonunun igidləri təkcə birinci və ikinci Qarabağ müharibəsində silaha sarılmayıblar. Amasiyalılara həm də ikinci dünya müharibəsində ön cəbhədə olublar. Hansı ki, bu yaxınlarda 1941-1945-ci ildə Amasiyadan müharibəyə yollananların və geri qayıtmayanların arxiv sənədləri əldə edilib. Bu faktın özü göstərir ki, amasiyalılar tarixin istənilən dönəmində vətənin keşiyində durmaq üçün həmişə hazır olublar”. O, da öz növbəsində müəllifə təşəkkür edərək kitab üçün əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib.
 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Amasiya igidləri 44 günlük vətən müharibəsində” kitabının müəllifi İmran Güllübulaqlı Qasımovkitabın yaranma ideyasından danışıb.
İmran Güllübulaqlı
O əlavə edib ki, Amasiya rayonunun Ağbaba və Şörəyel bölgəsi üzrə şəhid və qazi olanların siyahısıni əldə etmək üçün heç də çıxdığı yol hamar olmayıb. Bunu üçün 7 ay araşdırma aparılıb siyahı tərtib olunub. Nəhayətdə belə bir kitab ərsəyə gətirilib“.
Əlbəttə, şəhidlər ölməz. Amma onların unudulmaması üçün kitablar yazılmalı  bu müqəddəs işi davam etdirilməlidir”. 
 
Sonra Professor Aslan Bayramov kitabla tanış olduğunu və bu kitabın ərsəyə gəlməsində Əməkdar elm xadimi, akademik Abel Məhərrəmova o cümlədən nəşrin işıq üzü görməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.
Aslan Bayramov
Amasiya igidlərinin şücaətindən danışan A.Bayramov vurğulayıb ki, birinci və ikinci Qarabağ müharibəsi zamanı Amasiya rayonu 121 şəhid verib. 
 
Professor Aftandil Ağbabalı da öz növbəsində kitab haqqında fikirlərini bildirib.
Aftandil Ağbabalı
O qeyd edib ki, şəhidlər haqqında kitab yazmaq heç də asan məsələ deyil. Gərək belə bir kitab yazan müəllifin, qanında şəhidlik məqamının müqəddəsliyi axa. Bu səbəbdən də şəhidlər heç vaxt unudulmur. Əksinə belə kitabların çap olunması bizləri daha da həvəsləndirir və qan yaddaşımızı təzələyir.  Amasiyanın hal-hazırda Qarabağ müharibəsi zamanı iki milli qəhrəmanı var. Onların timsalında digər şəhidlərimizin və qazilərimizin qanları vətən torpağına boşuna axıdılmadı. İnanıram ki, Qarabağımız axıdılan şəhid və qazi qanlarının sayəsində necə yağı tapdağından azad olundusa,bir gün gələcək bizlər öz dogma yurdumuza qovuşacağıq.
 
Şəhid anaları adından, şəhid Mikayıl Məmmədzadənin anası Zeynəb xanım çıxış etdi.
Mikayıl Məmmədzadənin anası Zeynəb xanım
“Şəhid anaları öz övladları üçün hər gün-hər gecə öz könllərində, kökslərində və qəlblərində  kitablar yazırlar. Lakin, sizlər bizim övladlarımız üçün kitablar yazanda, “Şəhidlər Ölməz” sözü məhz bu an təsdiqini tapir. Ona görə də müəllifə və digər əməyi keçənlərə təşəkkür edirəm”.-deyə şəhid anası fikirlərini bitirib. 
 
Milli Qəhrəman Məhərrəm Seyidovun əmisi oğlu Vidadi Hüseyin və digər çıxışçılar da belə bir kitabın işıq üzü görməsindən məmnun olduqlarını dilə gətirərək,  müəllifə və redaksiya heyətinə minnətdarlıqlarını bildirdilər.
 
Sonda “Amasiya  igidləri 44 günlük vətən müharibəsində” adlı kitab tədbir iştirakçılarına təqdim olunub və xatirə fotosu çəkilib. 















1-02-2025, 18:09 563

Digər xəbərlər

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Dünən, 17:12
Dünən, 16:29
Dünən, 16:08
Dünən, 14:50
Dünən, 14:42
Dünən, 13:43
Dünən, 13:22
Dünən, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
1 2 3 4 5 6 7 8 9 10 ... 962