Sumqayıt Nümayəndəliyində “Azərbaycan həqiqətləri və erməni yalanları” mövzusunda seminar keçirilib-FOTO


“Qərbi Azərbaycana  qayıdış:Azərbaycan həqiqətləri və erməni yalanları” mövzusunda elmi seminar
Sumqayit.tv
xəbər verir ki, şənbə günü Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası  Sumqayıt şəhəri üzrə Nümayəndəliklə birlikdə  “Qərbi Azərbaycana  qayıdış:Azərbaycan həqiqətləri və erməni yalanları” mövzusunda elmi seminar keçirilib. Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə Nümayəndəliyinin inzibati binasında keçirilən elmi seminarda  40 nəfərdən artıq   ziyalı iştirak edib. Tədbiri QAİ Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov açaraq  Qərbi azərbaycanlıların ləyaqətli, təhlükəsiz və  sülh şəraitində doğma torpaqlarına qayıtması istiqamətində  görülən işlərdən danışıb. Seminar  prof.A.Məmmədovun moderatorluğu ilə davam edib. Elmi seminarda QAİ Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmovun “Qərbi azərbaycanlıların maariflənməsində İrəvan kişi gimnaziyasının rolu”, ATV-nin əməkdaşı Füzuli Sabiroğlunun “İrəvanda məhv edilmiş mədəni irsimizin izi ilə”, prof.Aslan Bayramovun “Erməni alimlərinin etirafı- ermənilər  Qərbi Azərbaycana  gəlmədirlər”, professor Avtandil Məmmədovun” Qərbi Azərbaycandakı milli-mənəvi sərvətimiz və erməni saxtakarlıqları” mövzularında məruzələri dinlənilib. Məruzələr ətrafında  icmanın fəal üzvləri Akif Şahbaz, Alı Alıyev, Nöfəl Əhmədov, Anar Hüseynov, Mehman Adgözəlov, Rövşən Səfərov, Emin Nəbiyev və b. çıxış edərək elmi  seminarın əhəmiyyətindən, görüləcək işlərdən danışaraq təkliflərini bildirdilər. Elmi seminarın sonunda  prof.Fərrux Rüstəmovun “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” və “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitabları nümayəndəliyə hədiyyə edildi və xatirə şəkli çəkdirildi. //Azərtac






24-02-2025, 16:15 182

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060