Sumqayıtda vətəndaşla parfümeriya dükanı arasında qalmaqal -ŞİKAYƏT (AÇIQLAMALAR + FOTO)

Sumqayıtda vətəndaşla parfümeriya dükanı arasında qalmaqal -ŞİKAYƏT (AÇIQLAMALAR + FOTO)


Sumqayıt sakini Elmira Məmmədova şəhərin Cəfər Cabbarlı küçəsində fəaliyyət göstərən "ESTELL PERFUMERY & COSMETICS" mağazasından şikayətçidir. 
E.Məmmədova Xeberle.com-a bildirib ki, bu ilin avqustun 31-də sözügedən mağazadan vücud kremi alıb. Şikayətçi məhsulun üzərində istehsal və son istifadə tarixinin olmadığını, eləcə də aldığı məhsulun saxta olduğunu iddia edir. Bununla yanaşı, mağazada ona qəbz verilmədiyini də qeyd edir. 
E.Məmmədova deyir ki, elə məhsulu aldığı günü istifadə edib, lakin kremin vücudunda problemlərə səbəb olduğunu görüb. 
O, həmin gün mağazaya geri dönüb, məhsulun vaxtı keçdiyini və dərisində allergik reaksiyaya səbəb olduğunu bildirib. Mağaza sahibi isə onun bu iddialarını qəbul etməyib.
Məsələyə aydınlıq gətirmək üçün "ESTELL PERFUMERY & COSMETİCS" mağazasının müdiri Ramin Cəbiyevlə əlaqə saxladıq. 
R.Cəbiyev Xeberle.com-a açıqlamasında bildirdi ki, bir çox tanınmış kosmetika firmalarının məhsulları üzərində "batch kod" olur. Vətəndaşın aldığı məhsulun da həmçinin "batch kodu" olub: "Bu kod vasitəsi ilə internetdən məhsul haqqında bütün məlumatları almaq olur. Məhsulun kim tərəfindən, nə zaman istehsal olunduğundan tutmuş, digər məlumatlara qədər bu kodla ətraflı bilgi almaq olur. Lakin vətəndaş bizim dediklərimizlə razılaşmır. Bu səbəbdən də biz sənədləri toplayırıq, həmin vətəndaşı da və bizim fikrimizi öyrənmədən məlumatı yayan saytları da məhkəməyə verəcəyik. Biz saxta və istehsal müddəti keçmiş məhsullar satmış olsaydıq, bu gün məhkəməyə hazırlaşmazdıq. Məhkəmə öz ədalətli qərarını verəcək”. 
Bəs ekspertlər nə deyir? 

Sumqayıtda vətəndaşla parfümeriya dükanı arasında qalmaqal -ŞİKAYƏT (AÇIQLAMALAR + FOTO) 
 Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Xeberle.com-a açıqlamasında deyib ki, ölkədə parfumeriya məhsulları sahəsində ciddi problemlər mövcuddur: "Bu sahədə ciddi problemlər yaşanır, istehlak vaxtı bitmiş, standarta uyğun olmayan, harda gəldi istehsal olunan mallar bazardadır. Belə hallarla rastlaşan vətəndaş 012-599-76-00 əlaqə nömrəsi ilə İqtisadiyyat Nazirliyinin uyğun şöbəsinə məlumat verməlidir ki, hüquqlarının qorunması üçün iş aparılsın. Əgər sağlamlığına zərər dəyibsə, həmin dövlət qurumunun köməkliyi ilə sağlamlığına dəyən zərəri ödətdirə bilər. Vətəndaşlar Azad İstehsalçılar Birliyinə də yazılı ərizə ilə müraciət edə bilərlər".
Saxta kremlər dəridə xəstəliklər yaradır
Sumqayıtda vətəndaşla parfümeriya dükanı arasında qalmaqal -ŞİKAYƏT (AÇIQLAMALAR + FOTO)
İndi bazar qiymətindən asılı olmayaraq saxta, kefiyyətsiz məhsullarla doludur. Saxta kosmetik vasitələrdən istifadə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Estetik həkim Sevinc Əliyeva Xeberle.com-a açıqlamasında söyləyib ki, saxta kremlər xərçəngdən tutmuş bir çox dəri xəstəliklərinin əmələ gəlməsinə təkan verə bilir: "Ən çox allergik qızartılar və səpgilər yaradır. Ona görə apteklərdən almalı və ya markasına əmin olduğumuz kremləri istifadə etməliyik. İstifadədən öncə bədənin görünməyən hissələrində qol və dirsək içi hissələrə  çəkərək test etməliyik. 48-72 saat müddətində heç bir allergik reaksiya olmazsa rahat şəkildə istifadə etmək olar”.
Xədicə Səxavətqızı
Xeberle.com

15-09-2022, 12:19 459

Digər xəbərlər

2025-ci il Sumqayıt üçün sənaye və maliyyə baxımından əlamətdar olub

2026-cı ildən qüvvəyə minən qanunlar Sumqayıta necə təsir edəcək?

Sumqayıtda kafel-metlax sexində yanğın olub

Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - Video

Prezident xalqa bayram təbriki ünvanladı - Yenilənib+Video

Zakir Fərəcov Sumqayıt sakinlərini təbrik etdi

Sumqayıtın 2025-ci ili: Uğurlar və problemlər – Sumqayit.tv-in gözü ilə

Yeni statistika Sumqayıtda nəqliyyat problemini bir daha gündəmə gətirdi

Sumqayıtda yataqxana sakinləri 31 dekabrı qazsız qalıb - ŞİKAYƏT

Türkiyəli müğənni iddia etdi, Fərid Sumqayıt açıqladı: ‘Sensizlik’dəki səs süni intellektdir - EKSKULİZİV MÜSAHİBƏ

Sumqayıtda tikinti qalmaqalı-Sakinlərə təhlükə yaradan inşaat dayandırıldı - AÇIQLAMA

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqov professorluq statusundan məhrum edilib

Emil Mustafayev “Sumqayıt”a bu qış qoşula bilər

Sumqayıtın qeyri-neft ixracı artımda: 2025-ci ilin yanvar-noyabr nəticələri

Sumqayıtda bu ailələrə birdəfəlik yardım ödənildi

AQTA sədri Sumqayıtda vətəndaşları qəbul edəcək – Müraciət üçün son tarix açıqlandı

Bayram günlərində Sumqayıtda “Azəriqaz” işləyəcək, ASAN xidmət bağlı olacaq

Səbinə Salmanova: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli kimliyimizin təntənəsidir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Milli birliyin təntənəsi

Sumqayıtda ictimai fəal bayram tədbirinə dəvət edilməməsinə sərt reaksiya verdi (VIDEO)

1 2 3 4 5 6 7 8 9 10 ... 1003
Dünən, 18:38
Dünən, 17:59
Dünən, 17:51
Dünən, 00:29
Dünən, 00:22
31-12-2025, 22:01
31-12-2025, 17:45
31-12-2025, 16:16
31-12-2025, 11:41
30-12-2025, 20:14
30-12-2025, 16:43
30-12-2025, 16:28
30-12-2025, 16:22
30-12-2025, 16:16
30-12-2025, 16:10
30-12-2025, 16:01
30-12-2025, 15:54
30-12-2025, 15:25
30-12-2025, 12:59
29-12-2025, 17:57
29-12-2025, 17:33
29-12-2025, 17:26
28-12-2025, 13:55
28-12-2025, 13:15
28-12-2025, 12:46
28-12-2025, 10:22
27-12-2025, 23:25
27-12-2025, 11:50
27-12-2025, 11:39
26-12-2025, 22:02
26-12-2025, 20:15
26-12-2025, 18:12
26-12-2025, 18:06
26-12-2025, 17:50
26-12-2025, 17:44
26-12-2025, 14:06
26-12-2025, 12:33
26-12-2025, 12:08
26-12-2025, 11:54
26-12-2025, 11:27
1 2 3 4 5 6 7 8 9 10 ... 1003