Bir qutu süni uşaq yeməyinə görə həkimlər 20-30 manat faiz alırmış

Bir qutu süni uşaq yeməyinə görə həkimlər 20-30 manat faiz alırmış... Bizim uşaqlarımızın sağlamlığı üzərindən pul qazanan həkimciklər...

Pediatr Aytən İsmayılzadə:
 "10 il əvvəl mən gördüm ki, artıq doğum evlərinə süni qida şirkətləri pul təklif etməyə başladılar. O vaxt 2 manat hər süni qida verilən uşağa təklif edilirdi. Bu həm doğum evlərində, həm də poliklinikalarda həyata keçirilirdi. O zaman doğum evlərində uşağı süni qidada saxlamağa həkimlər məcbur etmirdilər. 2 manata görə, həkimlik şərəfini çox da kirləndirmirdilər. Amma bugünkü gündə 2 manat böyük pullara çevrilib. Həmin böyük pullar şöbə müdirlərinin, özəl klinikaların baş rəhbərlərinin ehtiyaclarını qarşılamağı miqyasında genişlənib.
 Süni qidalar həkimlərə maaş, faiz şəklində verilir. Hər bankaya görə 20-30 manat verilir. Yəni, burada çox böyük pullar oynayır. Bir süni qida şirkətini üzə çıxartmaq, monopoliya yaratmaq üçün daha çox pullar təklif olunur. Bunları görən azərbaycanlı həkimlər, günü-gündən doğulan uşaqlara süni qida bankası, qutusu, pul şəklində baxır. Və hər doğulan uşaq ilk saatlardan ana südü verilməli olduğu halda çox böyük ciddi qanun pozuntusuna yol verilərək onlara süni qida verilir. Qanunumuzda da bu yer alır. Səbəbsiz yerə süni qida verilməsi qanun pozuntusudur”.
“Süni qidanın səbəbsiz yerə verilib-verməməsini araşdıraraq, soruşaraq öyrənmək olar. Mən qəbuluma gələn anaları uşaqların xəstəlik tarixçəsini yazdıqda qeyd edirəm. Hamısı deyir ki, ilk gündən süni qida verildi. Bu söz nə qədər çoxdursa, bu həkimlərin daha çox yalan danışmağına büruzədir, sübutdur”, - deyən pediatr əlavə edib ki, bu qədər çox sayda ananın südünün olmaması mümkün deyil: “Çünki qadın ana oldusa, onun südü də olur. Sadəcə bu yola təhrik edilən analar var. Südsüz damğası vurulan analar var. Bu damğanı vuran vicdansız və rüşvətxor həkimlərdir. Mənim buna qarşı olan mübarizəm davam edir və edəcək də. Əvvəllər sadəcə ümumi məlumat verirdim. Amma indi konkret klinikaların, həkimlərin adını çəkərək, reseptləri, blankları göstərərək davam edəcəyəm. 
Bəzi klinikalarda ikili oyun kimi aparılır. Həm südvermə üzrə məsləhətçi, həm də süni qidalar verilir. Bu da əlbəttə ki, insanların gözündən tor asmaq kimi bir şeydir. İlk qurbanlar həmişə təcrübəsiz analar olur. Amma halbuki hər bir qadın doğuma qədər südverməyə də hazırlaşdırılmalıdır. İlk saatdan ana südü verilməli, dəri dəriyə təmas edilməlidir ki, prolaktin artsın, bədən buna öyrəşsin. Bu təbiətin bir qanunudur. Amma təbiətin  qanunlarını ciddi şəkildə pozuruq. Uşağı bələyib anadan uzaqlaşdırırıq, təkcə körpəsini öpür, “selfie” edir verir. Sanki övladın dünyaya gəlməsini təbiətin möcüzəsi deyil, həkimin möcüzəsi kimi baxılır. Amma əfsuslar olsun ki, neonatoloq süni qida verməklə uşağın bütün biotonunu ilk gündən pozur, immunitetinə zərbə vurur. Onun fəsadlarını pediatrlar sonradan çox yaxşı görürük. Mənim süni qida ilə mübarizəmə dəstək olan pediatrlar çox azdır, neonatoloqlar isə heç yoxdur. Neonatoloqlar ancaq mənim əksimə məqalələr paylaşır. Pediatrlara da bu sərf etmir. Çünkidoğum evinə gələn smeslərdən faizi qazanırlar. Poliklinikada isə vəziyyət belədir ki, ananın südünün sonradan azalması başqa məsələdir, amma elə doğum evindəcə süni qidanın verilməsi çox böyük cinayətdir. Bütün doğum evlərində müəyyən bir süni qidanın monopoliyası var”.
A. İsmayılzadə bildirib ki, hətta firma rəhbərlərini də doğum evlərindən uzaqlaşmağa çağırıb: “Amma onlar “Ağılları olsun verməsinlər. Bizim qidanın üzərində ana südü daha vacibdir sözü yazılıb” deyirlər. Buna vasitəçi olan həkimlərdir. Bu işə dövlət müdaxiləsi olmalıdır. Yoxsa, xəstəliklərin sayı artacaq, ana südü azalacaq. Süni qida inək südündən hazırlanır və orqanizmə yad olan allergik zülallarla doludur. Əgər ana südü yoxdursa, heç olmasa donor südü verilsin ki, süni qida aradan götürülsün”.

1-11-2022, 10:15 215

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060