30 gün komada qalan gənc qadın həyata qayıtdı


“Düz 30 gün koma vəziyyətində olan, məcazi formada desək, bədənində qırılmayan yer qalmayan gənc qadın çox uzun mücadilədən sonra həyata qayıtdı”.
Sumqayit.tv oxu.az-a istinadən bildirir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

Qeyd olunub ki, avtomobil qəzasından sonra yaralı özəl xəstəxanalardan birinə yerləşdirilib, amma xərcləri qarşılaya bilməyən ailə TƏBİB-ə müraciət edib. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 
Kliniki Tibbi Mərkəzə gətirilərkən ağır və dərin koma vəziyyətində olan 28 yaşlı xəstədə hemodinamika pozğunluğu, ağır kəllə-beyin travması müəyyən edilib.

Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, xəstə 30 gün süni tənəffüs aparatında qalıb və müvafiq müalicələr alıb.

“Xəstə 8 noyabrda yol-nəqliyyat hadisəsi nəticəsində ağır travma alıb və özəl tibb müəssisələrindən birinə çatdırılıb. Noyabr ayının 11-də həddən artıq ağır vəziyyətdə, təcili yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Tibbi müayinələrdən sonra xəstəyə müştərək qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə gicgahın zədələnməsi, sol tərəf qabırğalarının çoxsaylı sınığı, sol dirsək və sol körpücük sümüklərinin sınığı diaqnozu qoyulub. Bir aydan sonra, dekabrın 12-də xəstə süni tənəffüs aparatından ayrılıb. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Huşu aydındır, komandaları yerinə yetirir, süni tənəffüs aparatına ehtiyac yoxdur. Yaxın günlərdə palataya köçürülməsi planlaşdırılır”.

Xəstənin atası Rahib Hacıyevin sözlərinə görə, hadisə istirahət məqsədi ilə İsmayıllı rayonunda olan zaman baş verib.

“Hadisə noyabr ayının 7-si axşam saatlarında baş verib. Bu barədə noyabrın 8-də bizə məlumat verildi və biz İsmayıllı rayonuna getdik. Təcili yardım maşını vasitəsi ilə qızımı özəl xəstəxanalardan birinə apardıq. İki gün özəl xəstəxanada müalicə edildi. Lakin müalicənin davam etməsi üçün pul çox lazım idi. Mən TƏBİB-ə müraciət etdim, qızımın müalicəsinin dövlət tibb müəssisələrində davam etdirilməsi üçün kömək istədim. Təcili yardım maşını ilə qızımı Kliniki Tibbi Mərkəzə köçürdülər. O qədər ağır vəziyyətdən onu həyata qaytarmağı bacardıqları üçün həkimlərə öz təşəkkürümü bildirirəm. Qızımın daha da yaxşı olub, ayağa qalxacağına inanıram”.

Məlumat üçün bildirək ki, gənc xanımın bütün müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.

26-12-2022, 16:04 197

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040