Sitrus tristeza virusu bitki sağlamlığı üçün böyük təhlükə hesab olunur - FOTO


“Best Supply Company” MMC-nin 2023-cü il 21 fevral tarixində İran İslam Respublikasından idxal etdiyi 19 400 kiloqram portağal məhsuluna Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm - Sitrus tristeza virusu (Citrus tristeza virus) aşkarlanıb. Analoji hallar son aylarda İrandan ölkəmizə idxal edilən bir sıra bitkiçilik məhsullarında da aşkarlanıb.
Aşkar olunmuş bütün hallarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib. Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib. Bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilib və zəruri tədbirlər həyata keçirilməkdədir.
Qeyd edək ki, Sitrus tristeza virusu fitosanitar baxımından karantin statusuna görə böyük risk daşıyır və respublika ərazisində aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına (A1) daxildir. Virusun əsas sahib bitkiləri sitrus bitkiləridir (naringi, portağal, limon, qreypfrut, laym və s.).
Sözügedən virus sitrus bitkilərinin karantin tətbiq edilən təhlükəli virusu olmaqla bu bitkilərdə əhəmiyyətli iqtisadi itkilərə səbəb olur. Sitrus tristeza virusu Asiya mənşəli olub, sitrus bitkiləri becərilən əksər ölkələrdə yayılıb.
Sitrus tristeza virusu bitkilərdə yarpaq ayasının saralmasına, rənginin solğunlaşmasına, damarların şəffaflaşmasına və xloroza, meyvələrdə deformasiyaya, cırlaşmaya və əmtəəlik görünüşünün itirilməsinə səbəb olur. Sirayətlənmiş bitkilərin gövdələrində şişkinliklər, qabığın altında balıq dişi formasında çıxıntılar, xüsusilə turşuluğu çox olan portağal növlərində tumurcuq topasının aşağısında qabarmalar və qabıq üzərində kiçik dəliklərin əmələ gəlməsi müşahidə olunur. Yazda bitkilərin qısa müddətdə solması, yarpaqlarının tökülməsi, cırlaşması və zəifləməsi Sitrus tristeza virusunun ən mühüm simptomlarındandır. Güclü sirayətlənmə zamanı virus bitkinin tamamilə qurumasına səbəb olur.
Beynəlxalq ticarətdə Sitrus tristeza virusunun əsas yayılma yolu əkin materialı və meyvədir. Sahə daxilində virusun yayılmasının başlıca səbəbi sorucu həşəratlar (Toxoptera citricidus, Toxoptera aurantii, Aphis gossypii, Aphis spiraecola, Aphis craccivora, Aphis citricola, Myzus persicae) hesab olunur. Belə ki, virus sirayətlənmiş bitkilərdən sağlam bitkilərə sadalanan mənənə növləri tərəfindən asanlıqla daşınır. Virusun sahib bitkilərində simptomlar müxtəlif olub ətraf mühit şəraitindən asılı olaraq dəyişir. Bəzən virus zəif inkişaf edir və bir çox sitrus növlərinə nəzərə çarpaçaq təsir göstərmir. Sitrus bitkilərindən naringi Sitrus tristeza virusuna qarşı daha dözümlü hesab olunur.
AQTA bildirir ki, İran İslam Respublikasından idxal edilən portağal məhsullarında aşkarlanan Sitrus tristeza virusu  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə respublika ərazisində aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına (A1) daxildir və yüksək fitosanitar risk daşıyır.
Agentlik tərəfindən ölkəyə idxal olunan qida məhsullarına ciddi nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.








15-03-2023, 11:54 141

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040