Saxta məktəbli formaları uşaqlar üçün fəsadlar törədə bilər - XƏBƏRDARLIQ


Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərara əsasən məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
 
Elm və Təhsil Nazirliyi valideynlərə yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etmələrini tövsiyə edib. Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur (siyahi ilə bu linkdə tanış ola bilərsiniz).
 
Yeni dərs ilinin başlamasına təxminən 1 ay qalıb.  Artıq valideynlər məktəb hazırlıqlarına başlayıb. Ancaq məktəbli formalarını əldə edən bəzi valideynlər həm paltarların qiymətindən, həm də keyfiyyətindən narazıdır. Sosial şəbəkədə valideynlərdən bir neçəsi ticarət mərkəzlərində daha keyfiyyətli formaların olduğunu bildirir.
 

“Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Modern.az-a açıqlamasında yeni formalar üçün müraciətlərin başladığını bildirib.
 
“Bizim Bakıda 10 mağazamız fəaliyyət göstərir. Hamısında satış var. Bu il sanki tez başlayıblar almağa. Yəqin ki, keçən ilki ajiotaj təkrar olunmaz. Başqa 7 rayonda da mağazalarımız var. Tövsiyyəmiz budur ki, valideynlər mənşəyi bilinməyən, zirzəmi şəraitində, qeyri-fabrik şəraitində tikilən məhsullardan almasınlar. Onların tərkibi bilinmir, sertifikatı yoxdur. Saxta formalar uşaqlar üçün fəsadlar törədə bilər. Təsadüfi yerlərdən, "Sədərək"dən alınan məhsulların uyğunluq sertifikatı yoxdur, bilinmir hansı materialdandır”.
 
Etibar Əzimov qeyd edib ki, bazarda çox məktəbli forması var, amma onların keyfiyyətləri bir-birindən fərqlənir.
 
“Köynəklər 100% pambıqdı, şalvar və ətəklər 60% yun, 40% poliestrildir. Dövlət bizə uyğunluq sertifikatı verib. Yəni yoxlayıb, baxıb ki, yaxşıdır, keyfiyyətlidir. Seçim açıqdır. Təkcə Bakı Tikiş Evi deyil. Bizdən başqa 4 tikiş evi də var ki, onlar da məktəbli forması tikirlər”.

14-08-2023, 13:51 236

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060