Rusiyadan dünyaya böyük təhlükə: qədim viruslar "dirilə" bilər

 

Rusiyanın şimalındakı daimi donuşluq (permafrost), minilliklər boyu basdırılmış qədim patogenlər qlobal temperatur yüksəldikcə yenidən oyana bilər.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki,  bu barədə alimlər xəbərdarlıq ediblər. Onlar qeyd ediblər ki, bu, bəşəriyyəti potensial olaraq yeni xəstəliklər riski qarşısında qoyur. Virusoloq və Eks-Marsel Universitetinin Tibb fakültəsinin fəxri professoru Jan-Mişel Klaveri deyib ki, o,  Sibir permafrostunda "zombi virusları" öyrənir və xəbərdarlıq edir ki, onlar Rusiyanın donmuş torpağında çox böyük sayda və müxtəliflikdə ola bilər:
"Biz yalnız amöb viruslarını canlandırmağa çalışdıq, çünki onlar heyvanlar, insanlar və ya bitkilər üçün heç bir təhlükə yaratmır",-deyə Klaveri bildirib. Torpaq nümunəsindən bütün DNT-ni ardıcıllıqla tərtib etdikdə, çiçək xəstəliyi və Afrika donuz taunu kimi heyvan və ya insan xəstəlikləri ilə əlaqəli olanlar da daxil olmaqla, bir çox müxtəlif növ virusları müəyyən edə bilərik" .
Texnogen iqlim dəyişikliyi bütün planetə təsir etsə də, Arktika orta dünya səviyyəsindən üç dəfə daha sürətlə istiləşir və bu, Rusiyanın demək olar ki, üçdə ikisini əhatə edən permafrostla bağlı narahatlıqları artırır.
Gözlənilir ki, gələcək istixana qazları tullantılarından asılı olaraq, Rusiyada daimi donuşluq sahəsi 2050-ci ilə qədər təxminən 25% və əsrin sonuna qədər 40-72% azalacaq. Bu həyəcan verici proqnozlara baxmayaraq, Rusiyada “zombi virusları” problemi geniş müzakirə olunmur. Bu səbəbdən risklər lazımi səviyyədə qiymətləndirilməyə bilər.
Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun professoru və baş elmi işçisi Boris Reviçi deyir ki, permafrost ərazilərində neft və qaz obyektlərində işləyən insanlar üçün də potensial problemlər yarana bilər: "Lakin onların hamısı ümid edirəm, potensial təhlükələrlə təmasda olmayan yaşayış məntəqələrində yaşayırlar".
 

11-11-2023, 13:00 129

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040