TƏBİB və Sumqayıt Tibb Mərkəzinin təşkilatçılığı ilə “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konsensus konfransı keçirilib.

Sumqayıtda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Almazakademi Tibbi Treninq Mərkəzi, TƏBİB və Sumqayıt Tibb Mərkəzinin  təşkilatçılığı ilə “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konsensus konfransı keçirilib. 

Sumqayit.tv
xəbər verir ki, tədbir iştirakçıları öncə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Müxtəlif ixtisaslı həkimlərin iştirak etdiyi konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili,   Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, deputat Müşfiq Məmmədli çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. 

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov  çıxışında bildirib ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. 

Qeyd edib ki, son illər bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. 

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən, həyata keçirilən cərrahi əməliyyatlardan bəhs edib. Vurğulayıb ki, bu kimi konfransların təşkili səhiyyənin daha da inkişafına öz töhfəsini verəcək.

Konfrans M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsağın cərrahlığı şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov tərəfindən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında icra edilərək 300-ə yaxın iştirakçı üçün zala translyasiya edilən canlı cərrahiyyə ilə işinə başlayıb. 

Plenar iclasla davam edən konfransda professorlar Qurbanxan Müslümov, Rəşad Mahmudov, İslam Mahalov, tibb üzrə fəlsəfə doktorları Emil Muxtarov, Fərid Rəfiyev, Nicat Alışov və Cavanşir Vahabov tərəfindən tibbin müxtəlif sahələrini əhatə edən təqdimatlar edilib və  iştirakçılarla bərabər səmərəli müzakirələr təşkil edilib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.









3-03-2024, 15:01 230

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040