Ömrün ən şirin çağları hələ irəlidədir... - FOTOLAR

Ömrün ən şirin çağları hələ irəlidədir... - FOTOLAR
 
İnsan həyata həkimlə başlayır, hətta bəzilərimizin, ümumiyyətlə, yaranmasına Allahdan sonra öz elmi ilə həkim köməklik göstərir, ana bətnində belə, sağlamlığımıza həkim nəzarət edir. İnsanlıqdan gələn ilk yardımı da həkimdən alırıq, o, bizə dünyaya göz açmağımızda yardımçı olur. 
Bir sözlə, həkim bizə həyata bağlanmaq üçün enerji ötürür. Bu mənada yəqin ki, Allah hər kəsi həkim qədər şərəfli əməl sahibi etməmişdir. Həkimlər ömrümüzün Allahdan sonrakı hökm, fərman sahibləridirlər.
Belə təbiblərimizdən də biri Sumqayıt Perinatal Mərkəzin rəhbəri, Əməkdar həkim Təranə Rəcəblidir.
Ömrün ən şirin çağları hələ irəlidədir... - FOTOLAR
 
Qısa arayış: Təranə Zakir qızı Rəcəbli 16 mart 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. 1989-1995-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra həkim-pediatr ixtisasına yiyələnərək, Sumqayıt şəhər 1 saylı Doğum evində fəaliyyətə başlayıb.
O, 1997-2008-ci illərdə 1 saylı Doğum evində şöbə müdiri, 2008-2014-cü illərdə "Real” Tibb Mərkəzində direktor vəzifələrində işləyib. 2014-2016-cı illərdə Respublika Perinatal Mərkəzində baş həkim kimi fəaliyyətini davam etdirib. Hazırda "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin direktor müavini və Perinatal Mərkəzin rəhbəridir.
30 illik təcrübəyə sahib olan Təranə Rəcəbli ömrünü tibbin ginekologiya sahəsinə həsr edib. Fəaliyyəti dövründə çoxsaylı yerli və beynəlxalq konfransların iştirakçısı olub, müxtəlif qurumlar tərəfindən Fəxri fərman, diplom və medallarla təltif edilib.
Təranə Rəcəbli ölkə başçısının 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.
Ömrün ən şirin çağları hələ irəlidədir... - FOTOLAR
 
 
İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, peşəsinin xalq üçün gərəkli olduğunu, ona fayda verdiyini dərk etsin. Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə insandan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Həkim olmaq Motsartın bəstəsinə bənzəyir: yeni başlayanlar üçün asan, ustadlar üçün isə çox çətin bir anlama malikdir.
Məhz Təranə xanım da belə insanlardan biridir. Halal zəhməti, təmiz əqidəni həyat amalı seçən sədaqətli insan. Neçə-neçə körpə ürəkləri işıqlandıran, o ölümün pəncəsindən xilas edib anaların ümid çırağını sönməyə qoymayan Təranə xanımın əlbəttə, üzüağ, başıuca yaşamağa böyük haqqı var. Bu mətanətli həkim hər dəfə bir insan ömrünə çıraq yandıranda öz ömür kitabı da vərəqlənir. Sevinir ki, ömrü hədər keçməyib, insanın,insanlığın keşiyində bir loğman kimi, bir əsgər kimi sədaqət və mətanətlə qulluq edib.
Ömrün ən şirin çağları hələ irəlidədir... - FOTOLAR
 
Məsələ ağ xalat geyinib, həkimlik diplomunu gəzdirməkdə deyil, söhbət ondadır ki, bu şərəfli peşəyə layiq olasan və həkimlik sənətinin müqəddəsliyini qoruyasan. Müalicə etdiyin hər kəsin həyatına, sağlamlığına cavabdehliyini dərk edəsən, yüksək savad nümayiş etdirəsən. Müdriklər demişkən, "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.
Mehribandır- hardan gəlib, harda olduğunu və sonda hara gedəcəyini bilənlərin adətidir…
Təvəzökardır- insanı sevdirən ilahi rəngdən onda da var…
Martın 16-da Təranə xanımın 52 yaşı tamam olur. Ömrün ən gözəl, ən şirin çağları hələ irəlidədir...
Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
52 yaşınız mübarək, Təranə xanım!
 
Yusif Oğuz
Ömrün ən şirin çağları hələ irəlidədir... - FOTOLAR
 
Ömrün ən şirin çağları hələ irəlidədir... - FOTOLAR
 
Ömrün ən şirin çağları hələ irəlidədir... - FOTOLAR
 
 

14-03-2024, 20:40 302

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040