Sumqayltda "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihənin ilk tədbiri keçirilib



14 iyun tarixində “Sağlamlığa Xidmət” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin ilk tədbirini Sumqayıt şəhər Vərəm Xəstəxanasında keçirilib.
İcra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, kontaktlarını məlumatlandırmaq və vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir. Tədbirdə "Sağlamlığa Xidmət" İctimai Birliyinin direktoru Elçin Muxtarlı, direktor müavini, layihə rəhbəri Samirə Muxtarova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin koordinatoru, Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Mətanət Qaraxanova,"İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyi” İctinai Birliyini sədri, Vərəm əleyhinə QHT Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Ziba Nəbiyeva, “Sağlamlığa Xidmət” İB-nin texniki işçisi Abbas Məmmədov iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt şəhər Vərəm Xəstəxanasının baş həkimi Asif Quliyev vərəmlə bağlı maarifləndirmə təşəbbüsünü təqdirəlayiq hesab etdiyini və regionlarda infeksion xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsinin çox vacib olduğunu vurğulayaraq, tədbiri açıq elan etdi. Daha sonra “Sağlamlığa Xidmət” İB-in direktoru, Elçin Muxtarlı vərəmlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-ün) son məlumatlarını və tövsiyyələrini iştirakşıların diqqətinə çatdırdı.
Layihə rəhbəri Samirə Muxtarova tədbirin təşkil olunmasında böyük dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- in rəhbərliyinə, əməkdaşlarına, xüsusilə, Fərid İsrafilzadəyə, Sumqayıt şəhər İcra hakimiyyətinin rəhbərliyinə və nümayəndə heyətinə, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanova, direktor müavini Ramin Qasımova, Sumqayıt şəhər Vərəm Xəstəxanasının baş həkimi Asif Quliyevə və bütün tibb personalına minnətdarlığını bildirdi. Layihə rəhbəri Samirə Muxtarova təqdimat vasitəsilə iştirakçılara vərəm xəstəliyi barəsində geniş məlumat verərək, xəstəliyin profilaktikası, onun yoluxma yolları, erkən aşkarlanmanın əhəmiyyəti, vərəmin diaqnostikası və müalicəsində ÜST-ün ən son yeniliklərilə bağlı çıxış etdi. Onu da qeyd etdi ki, xəstəlik nə qədər erkən aşkar olunub, tam kompleks müalicə edilərsə, effektivliyi bir o qədər yüksək olar. Düzgün müalicə olunmadıqda isə, asan sağala bilən dərmana həssas vərəm forması çətin sağala bilən dərmana davamlı vərəm formasına çevrilir. Həmçinin vərəmlə bağlı məlumatlandırıcı sosial videoçarx nümayış olundu.
Psixoloq Mətanət Qaraxanova Psixi sağlamlıq və İlk Psixoloji Yardım mövzusunda vərəmin təsirinə məruz qalmış şəxsləri məlumatlandırdı və Psixoloji yardımın vacıbliyini vurğuladı.
Hepatit, İİV/QİÇS, xəstəlikləri barəsində Ziba Nəbiyeva təqdimatla çıxış edərək, viruslu hepatitlər, onların yoluxma yolları və qorunma qaydaları haqqında məlumat verdi. Daha sonra məlumatlandırıcı sosial videoçarx nümayiş olundu.
İştirakçılara vərəm xəstəliyi barədə maarifləndirici bukletlər paylanıldı. Layihənin icrası zamanı layihənin viziuallığını və əhəmiyyətliyini təmin etmək məqsədi ilə banerdən istifadə edildi. "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin ilk tədbirində 40 nəfər şəxsin məlumatlandırılması təşkil olundu. Vərəmlə mübarizə sahəsində göstərdiyi fədakar xidmətinə və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığına görə Sumqayıt şəhər Vərəm Xəstəxanasının baş həkimi Asif Quliyev "Sağlamlığa Xidmət" İctimai Birlik tərəfindən Təşəkkürnamə ilə təltif olundu.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Qeyd edim ki, növbəti tədbirlər Şirvan, Salyan, Masallı, Sabirabad və Ağcabədi rayonlarında keçiriləcək.

20-06-2024, 13:03 317

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040