Məşhur oftalmoloq-cərrah Sumqayıt Tibb Mərkəzini seçdi



Sumqayıt Tibb Mərkəzi kadr potensialını gücləndirməkdədir.

Sumqayit.tv
xəbər verir ki, Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat olub. Oftalmoloq cərrah, tibb elmləri doktoru, professor Sevinc Əsgərova STM-nin 2 nömrəli Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, S. Əsgərova 1991-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1991-1992- ci illərdə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstutunda həkim-ordinatur olaraq internatura keçib.

1993-2001-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstititunun Göz xəstəlikləri kafedrasında baş laborant, assistent işləyib.

2001-2004-cü illərdə Neft Kəşfiyyatçıları Birləşmiş Xəstəxanasının Göz Mərkəzində oftalmoloq-cərrah kimi çalışıb.

2005-2012-ci illərdə Rusiyanın Moskva şəhərində Akademik S.N.Fyodorov adına Sahələrarası Elmi Texniki Kompleksində Gözün mikrocərrahiyyəsi İnstitutunda oftalmoloq-cərrah, aparıcı elmi işçi, Rekonstruktiv plastik oftalmoloji cərrahiyyə və onkologiya şöbəsinin müdiri işləyib.

2007-ci ildə Rusiyada ali dərəcəli həkim kateqoriyası alıb.

2008-ci ildə Rusiyanın Moskva şəhərində plastik, estetik və kosmetoloji cərrahiyyə və mikrocərrahiyyə üzrə həkim ixtisası alıb.

2013-2015-ci illərdə Rusiyada N. İ. Piroqov adına Həkimləri Təkmilləşdirmə İnstitunun Göz xəstəlikləri kafedrasının dosenti və professoru vəzifələrində çalışıb.

2013-2023-cü illərdə Moskva şəhərində "Kapital" klinikalar şəbəkəsinin Oftalmologiya şöbəsinin müdiri işləyib.

2019-cu ildə Rusiyada səhiyyə və ictimai səhiyyə üzrə həkim-təşkilatı ixtisası alıb.

2016-2023-cü illərdə N. İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin baş elmi işçisi, professoru olub.

2005-ci ildən göz xəstəlikləri üzrə tibb elmləri doktorudur. Rusiya Təbiətşünaslıq Elmləri Akademiyasının akademikidir. Hippokrat və V. İ. Vernadski adına qızıl medallarla təltif edilib.

S. Əsgərova 18 ixtira patentinin, 15 səmərələşdirici təklifin, 140-dan çox elmi məqalə və tezisin müəllifidir.

Avropanın Plastik və Rekonstruktiv Oftalmoloji Cərrahlar Cəmiyyətinin (ESOPRS) həqiqi üzvü, Türkdilli Ölkələrin Oftalmoloqlar Cəmiyyətinin fəxri üzvü, koordinatoru, ABŞ Oftalmoloqlar Cəmiyyətinin, Beynəlxalq Dakrioloji Cəmiyyətinin, Beynəlxalq Uşaq Oftalmoloqları Cəmiyyətinin, Rusiya Oftalmologiya Cəmiyyətinin, Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin həqiqi üzvüdür.

1-08-2024, 13:11 270

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040