Sumqayıt Tibb Mərkəzində ilin ilk yarısında 5 mindən çox əməliyyat icra edilib


Sumqayıt Tibb Mərkəzində (STM) cərrahi xidmətin 6 aylıq nəticələrinə həsr olunmuş hesabat konfransı keçirilib.
Sumqayit.tv
xəbər verir ki, STM-nin direktor müavinlərinin, tabeli tibb müəssisələrinin baş həkimlərinin və cərrahlarının iştirak etdiyi konfransı giriş sözü ilə açan Mərkəzin direktoru Elnur Azadxanov bildirib ki, müasir təbabətin ümdə vəzifəsi düzgün diaqnostikadır. 
Direktor hesabat dövründə bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.
Qeyd edib ki, STM-nin xəstəxanalarında böyük həcmli mürəkkəb əməliyyatlar icra olunur. 
E.Azadxanov xəstəxanalarda yeni cərrahi xidmətlərin yaradılacağını, kadr potensialının daha da gücləndiriləcəyini bildirib. 
STM-nin cərrahi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov 2024-cü ilk 6 ayı ərzində icra olunan əməliyyatların müxtəlifliyindən danışıb. Vurğulayıb ki, hesabat dövründə STM-nin müəssisələrində 5375 cərrahi əməliyyat həyata keçirilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur. 
Bildirilib ki, iyun ayından start verilən endoprotez əməliyyatlarının sayı  20-ni ötüb. 
O, nəinki Sumqayıtdan, hətta regionlardan da vətəndaşların əməliyyat olunmaq üçün STM-ni  seçdiklərini sözlərinə əlavə edib.
Digər çıxış edənlər - 1 nömrəli Xəstəxananın baş həkimi Mətləb Musayev, 2 nömrəli Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Elməddin Əşrəfov, Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Yetkin Əliyev, Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə müdiri Namiq Fərəcov və 1 nömrəli Xəstəxananın Əməliyyatxana bölməsinin müdiri, tibb elmləri doktoru Rəfiəli Novruzov hesabat dövrü ərzində cərrahi xidmətlər barəsində geniş məlumat veriblər.
Konfrans qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.

24-09-2024, 19:51 205

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040