Kərə yağları ilə bağlı XƏBƏRDARLIQ - Ekspertlər HƏYƏCAN TƏBİLİ çalır

Qida eksperti: “Yüksək qiymət heç də həmişə yağın keyfiyyətinə dəlalət etmir”

Bu günlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərinin müşaviri Elman Sadıqov “Bakı Aktual” verilişində bildirib ki, o, mağazalardan kərə yağı almır, daha çox yerli təsərrüfatların məhsullarına üstünlük verir.
Doğrudan da mağaza rəflərində “kənd yağı” adı altında satılan məhsullarla bağlı vəziyyət heç də yaxşı deyil - saxta məhsullarla qarşılaşma riski yüksəkdir. Statistikaya görə, 2024-cü ilin yanvar-noyabr aylarında 26 min 890,6 ton kərə yağı istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə illik 9,1% çoxdur. Ölkəyə idxal edilən kərə yağının orta pərakəndə satış qiyməti 21,95 manat, yerli kərə yağının isə 20,25 manat olduğu halda, sentyabrda bu məhsul 18,49 manata satılırdı.
Bəs kərə yağının ucuzlaşması üçün nələr etmək olar?
Natiq Cəfərli ReAL-ın yeni sədri SEÇİLDİ
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, istehsalın artımı və bazarda bolluq qiymətlərin aşağı düşməsinə, rəqabətli mühit isə keyfiyyətin yaxşılaşmasına xidmət edir: “Problem ondan ibarətdir ki, otlaq sahələrinin və mal-qaranın artması prioritet elan edilsə də, əks-effekt verdi. Son illər müşahidəsi göstərir ki, Azərbaycanda mal-qaranın sayında ciddi azalma var. Hətta Kənd Təsərrüfatı Nazirliyi də bir neçə gün bundan öncə açıqladı. Təəssüf ki, bunu insanların daha çox ət yeməsi ilə əlaqələndirdi. Lakin əsas səbəb kənd təsərrüfatında maldarlıqla məşğul olanların təşviq proqramlarının zəif olması, yemin bahalaşması, otlaq sahələrinin az olması və yaxud da yem bazaları üçün nəzərdə tutulan otlaqlarda texniki bitkilərin əkilməsidir. Bu kimi məsələlər Azərbaycanda son illər mal-qaranın sayının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Halbuki azad edilmiş ərazilərin bəzi hissələri, əsasən də Kəlbəcər, Laçın və Qubadlı otlaqlar üçün əlverişlidir. Ümid edirəm ki, orada məskunlaşma baş tutandan sonra kərə yağının istehsalında artım görünə bilər”.
Ekspert deyir ki, mağazalarda satılan kərə yağlarının keyfiyyəti ilə bağlı vətəndaşlarda hər zaman şübhə var: “Buna səbəb odur ki, Azərbaycanda yerli istehsal adı altında şirkətlərə məxsus yağların bolluğunu görürük, lakin onların heç biri yerli istehsal deyil. Sadəcə, ölkəmizdə qablaşdırılır. Çox zaman bu yağlara qatqılar qatmaqla tərkibi ilə oynayırlar. Bu da bazara çıxarılan yağların keyfiyyətində problemlər yaradır, tərkibi 100 faiz kərə yağından ibarət olmur. Qiymətlə bağlı hökumətin əlində işlək mexanizm var, təəssüf ki, ondan istifadə etmirlər. Məsələn, yerli istehsalın çox az olduğunu nəzərə alaraq, kərə yağının gömrük rüsumlarını azaltmaq, hətta sıfırlamaq da olar. Beləliklə, vergi və gömrük rüsumlarını azaltmaqla bazarda satılan məhsulların qiymətinə müsbət təsir etmək mümkündür”.
N.Cəfərli Rusiyaya kərə yağı ixracının reeksport olduğunu bildirir: “Bu, Azərbaycanın  yerli istehsalının ixracı deyil. Rusiyanın hazırda logistika ilə bağlı problemləri var. Kənd təsərrüfatı məhsulları isə sanksiyalara daxil deyil. Buna görə də reeksport sərfəli olanda iş adamlarımız başqa ölkələrdən aldıqları yağı Rusiyaya sata bilirlər. Əsas məsələ yerli istehsalın zəif olmasıdır. Vətəndaşlarımızın yağ istehlakının cəmi 10 faizini yerli istehsal qarşılaya bilir. Yerdə qalan boşluğu isə xaricdən alınan yağlarla doldururuq. Hazırda ölkəmizdə yeni Zelandiya və Avstraliyadan gələn yağlar üstünlük təşkil edir. Son zamanlar Baltik ölkələrindən də yağ gətirilir. Onların qiyməti çox yüksək olsa da, keyfiyyəti üstündür. İstər-istəməz qiymət-keyfiyyət asılılığı mövcuddur”.
Asim Vəliyev: "Hansı halda turşudan zəhərlənə bilərik?" - DİQQƏT! - Sağlam  Qida
Asim Vəliyev
Qida texnoloqu Asim Vəliyev qəzetimizə açıqlamasında deyib ki, qiymətin baha olması marketinqdə qida hiyləsi kimi istifadə olunur: “İnsanlar düşünür ki, bir məhsulun qiyməti bahadırsa, deməli, keyfiyyətlidir. Bu yanaşmadan istifadə edən istehsalçılar bu kimi qida hiylələrinə əl atırlar. Bəzən kərə yağı ad altında satılan və qiyməti yüksək olan yağın tərkibinə nəzər salanda görürsən ki, nə qədər qatqılar, palma və hidrogenləşdirilmiş yağ var. Ona görə də qiymət insanları aldatmamalıdır. Normal kərə yağında yağlılıq 82,05 faiz olmalıdır. əgər ondan aşağıdırsa, deməli, qatqı var. Hazırda 20 manatdan aşağı kərə yağı tapmaq mümkün deyil.
Bəzi insanlar regionlardan kərə yağı sifariş edirlər. Onun da tərkibində qatqının olması mümkündür. Kərə yağı nə tünd sarı, nə də açıq rəngdə olmalıdır. Ağızda süd tamını verməlidir. Doğrudur, indi qida sənayesi o qədər inkişaf edib ki, bu dadları süni şəkildə əlavə edirlər. Ona görə də iş istehsalçının vicdanına qalıb. Kərə yağının istehsalını artırmaq üçün dövlətin subsidiyalarını fəallaşdırmaq lazımdır. Süd istehsalçılarının hüquqları artırılmalı, vergi güzəştləri tətbiq olunmalıdır. Bu kimi  hallar olsa, maya dəyəri aşağı düşər və istehsalçı maraqlı olar".
Qida ekspertlərinin fikrincə, aşağı keyfiyyətli məhsulu tanıya biləcəyiniz başqa əlamətlər də var. Yağdan gələn pis qoxu, qəribə dad sizi xəbərdar etməlidir. Bu cür xüsusiyyətlər bilavasitə onu göstərir ki, saxlama zamanı yağ oksidləşərək xarab olur və onun tərkibində yağ turşularının parçalanma məhsulları var. Bundan əlavə, səthdə daha tünd təbəqə olmadığından əmin olun. Tünd təbəqə yağın yemək üçün təhlükəsiz olmadığını göstərir. Tava ilə bir sınaq keyfiyyətsiz məhsulu müəyyən etməyə kömək edə bilər. İsti səthlə təmasda olduqda köpük, fısıltı və ya sıçrama müşahidə etməməlisiniz. Nəhayət, vaxtı keçmiş malların başqa bir əlaməti qeyri-bərabər rəngləmədir.

//“Yeni Müsavat”

11-02-2025, 13:26 283

Digər xəbərlər

Ramiz Mehdiyev məsələsi sıradan deyil” — Cahandar Bayoğlu: “Azərbaycanda paralel dövlət qurulub”

Sumqayıtın bu ərazilərində qaz kəsiləcək

Qəbələ Zirvəsi və Azərbaycan

Sumqayıtlı yeniyetmə Almaniyada qızıl medal qazandı -FOTO

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:53
Bu gün, 12:11
Bu gün, 10:21
Bu gün, 09:52
Dünən, 13:50
Dünən, 11:03
Dünən, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
1 2 3 4 5 6 7 8 9 10 ... 972