TƏBİB-in dəstəyi ilə Sumqayıt şəhərində pediatrların birinci forumu keçirilib/FOTO

 
TƏBİB-in dəstəyi, Sumqayıt Tibb Mərkəzinin və Azərbaycan Pediatrlar Cəmiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində pediatrların birinci forumu keçirilib.
Sumqayit.tv xəbər verir ki, forumda TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev, Forumun təşkilat komitəsinin sədri, pediatr Bəxtiyar Nağıyev və tibb müəssisələrinin həkim-pediatrları iştirak ediblər.
Abşeron, Sumqayıt və Xızıdan 150-yə yaxın pediatrın qatıldığı Forumun təşkilat komitəsinin sədri, pediatr Bəxtiyar Nağıyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd pediatrların bir araya gələrək bu sahədəki aktual problemləri, pediatriyanın inkişafını, davamlı təhsilini, yeni diaqnostik, müalicə üsullarını öyrənmək və gələcəkdə elmi tədqiqatlara dəstək olmaqdır.
TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli ölkədə pediatriyanın inkişafı istiqamətində atılan addımlardan söz açıb. T.Mirzəbəyli, həmçinin elmi-praktik əlaqələrin qurulması, təlimlər, kurslar, simpozium və konfransların keçirilməsinin tibb işçilərinin bilik və bacarıqlarının artırılmasında vacib amil olduğunu diqqətə çatdırıb.
Forumun əhəmiyyətindən danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli Sumqayıt səhiyyəsində pediatriyanın inkişafından, görülən işlərdən və yeniliklərdən söz açıb.
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi qurumda pediatrların fəaliyyətindən, eləcə də Uşaq Xəstəxanasının uşaqların sağlamlığının qorunmasındakı rolunu vurğulayıb.
Forumda, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev, Amerika Ürək Assosiasiyasının Azərbaycandakı təlim mərkəzinin - “Medic School Training Center”in koordinatoru Mətin Mahmudov, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktor müavini Ramin Tahirzadə və uzman pediatr Erkin Rəhimov çıxış ediblər.
Forum pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən digər məruzələrlə yekunlaşıb.

 

 

 

 

 

 

 

 

 

 

 

10-04-2025, 13:32 213

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040