Bir vaxtlar Sumqayıtda çalışan "Limonçik Əli” addımı müzakirə yaratdı - — Ömürlük kar qala bilərsiniz

"Limonçik Əli” adı ilə məşhurlaşan tiktoker Əli İsmayıllı da “trend”ə qoşulub. Belə ki, o, idmançı görünüşü əldə etmək üçün qəsdən qulağını zədələyib və bunu sosial şəbəkələrdə paylaşıb.

Sumqayit.tv xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bu mövzuya toxunub. O bildirib ki, hər bir prosedurun öncədən müəyyən olunmuş məqsədi olmalıdır, xüsusilə də tibbi mahiyyət daşıyırsa:

“Bu cür prosedurlar mütləq tibbi cəhətdən əsaslandırılmalıdır. Qulaq seyvanı səslərin toplanması və istiqamətinin müəyyənləşdirilməsi üçün vacib orqandır. Doğrudur, insan qulağının imkanları bəzi heyvanlarla müqayisədə daha məhduddur. Lakin aşağı sinif heyvanlarda da müşahidə etdiyimiz kimi, qulaq seyvanının hərəkəti səsin istiqamətini və incə səsləri tutmaq baxımından mühüm rol oynayır”.

O deyib ki, bu səbəbdən qulaq seyvanının zədələnməsi eşitməyə müəyyən dərəcədə təsir göstərə bilər:

“Üstəlik, belə bir müdaxilənin orqanizm üçün faydasından çox ziyanı var. Prosedurdan sonra müxtəlif ağırlaşmalar yarana bilər. Buna qulağın zədələnməsi, damarların zədəyə məruz qalması, infeksiya, toxuma ölümü (nekroz) və s. aiddir. Bütün bunlarla yanaşı, qulağın bu cür zədələnməsi eşitmə qabiliyyətini də zəiflədə bilər. Məncə, bu tip müdaxilələr tibbi əsaslandırması olmayan, yəni əsassız prosedurlardır. Əgər insan bunu könüllü şəkildə etdirirsə, bu onun şəxsi qərarıdır. Lakin cəmiyyət olaraq insanları mümkün risklər barədə maarifləndirmək vacibdir ki, belə addımlardan çəkinə bilsinlər. Məqsəd kimisə qınamaq yox, insanları daha ağıllı və təhlükəsiz seçim etməyə təşviq etmək olmalıdır. Cəmiyyət üçün faydalı olan da məhz budur: insanlara bu riskləri düzgün və aydın şəkildə izah etmək”.

Qeyd edək ki, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşan Ə.İsmayıllı illər əvvəl Sumqayıt şəhərində də alverlə məşğul olub.


30-01-2026, 20:54 54

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060