Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Radiostansiya qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Xələfova Gülnarə İlham qızına məxsus “Maralgöl” restoranında keçirilən planlı yoxlama zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, həmçinin istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub. Faktla bağlı istehlaka yararsız məhsullardan istifadənin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.