Kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 8A ünvanında fəaliyyət göstərən, “Al-Sana” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində keçirilmiş planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, xammalların saxlandığı soyuducu və dondurucu anbarın, dəhlizin döşəməsinin tamlığının pozulduğu, istehsal edilmiş məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti qeyd edilsə də, istehsal zamanı bitki və bitki spred yağından istifadə edildiyi məlum olub. Eyni zamanda müəssisədə qoyun əti aşkar olunmayıb, qoyun ətinin alınmasını təsdiq edən sənədlər və minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlər təqdim olunmayıb. Müəssisənin hazır məhsul anbarına keçirilən baxış zamanı məhsulların müəyyən qisminin üzərində məhsulun istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi, bəzilərində isə taraların üzərində yazılmış tarixlə məhsulun üzərində qeyd edilmiş tarix arasında uyğunsuzluq müəyyən edilib. Müayinələrin aparılması üçün müəssisədə istehsal edilmiş bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş kolbasa məhsullarından və sosiskalardan nümünələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisədə istehsal olunan hazır məhsullardan götürülmüş sınaq nümunəsinin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkar edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

28-04-2022, 13:45 243

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040