Alkoqollu içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 

Agentlik əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, “Abşeron-Şərab” ASC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı “Grelka” nişanlı 40%-li tündlükdə araqların markalanmasında istifadə edilən etiket məlumatında məhsulun “Alfa” tipli etil spirtindən istehsal olunduğu qeyd olunsa da, “Alfa” tipli etil spirtinin mədaxili barədə heç bir sənəd təqdim olunmayıb. Müəssisədə araq istehsalında xammal kimi Belarusiya Respublikasından idxal olunan “Lyuks” tipli etil spirtindən istifadə olunduğu müəyyən edilib. Həmçinin “Grelka” nişanlı 40%-li tündlükdə arağın etiket məlumatında “Silver Filtration” (Gümüş Filtrasiya) sözlərinin qeyd olunmasına baxmayaraq, araşdırma nəticəsində araq istehsalında ağac oduncağından alınan БАУ-А markalı aktivləşdirilmiş kömürdən istifadə olunduğu məlum olub. İstehsal prosesində məhsulun təmizlənməsində gümüş filtrlərdən istifadə olunması öz təsdiqini tapmayıb. Bu da sahibkar tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respulikası Qanununun tələblərinin kobud şəkildə  pozulduğunu göstərir.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilərək müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, həmçinin “Grelka” nişanlı 40%-li tündlükdə araqların istehsalının və satışının qadağan edilməsi, həmin məhsulların satış məntəqələrindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair Qərar qəbul edilib. Eyni zamanda Agentlik tərəfindən respublikada fəaliyyət göstərən iri ticarət şəbəkələrində həmin məhsulun satışının qadağan olunması barədə müraciət ünvanlanıb, “Abşeron-Şərab” ASC tərəfindən həmin məhsulun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib.
Bununla bağlı, istehlakçılar tərəfindən satış şəbəkələrində aşağıdakı fotoşəkillərdə göstərilən, üzərində “Silver Filtration” və  “Alfa” tipli etil spirtindən istehsal olunduğu qeyd olunan “Grelka” nişanlı araqların alınmaması və  Agentliyin  “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri tövsiyə olunur.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

29-04-2022, 11:10 195

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040