Azərbaycanda quş qripi aşkarlanıb? - RƏSMİ AÇIQLAMA


Azərbaycanda quş qripi ilə bağlı monitorinqlərin nəticəsi açıqlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, monitorinqlərin keçirilməsi üçün agentlik aparatının, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (HSBXM), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (BMQX) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (XTİNM) əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.
2022-ci ilin 11-15 aprel tarixlərində keçirilmiş monitorinqlərdə Agentliyin, HSBXM-nin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, XTİNM-nin, BMQX-nin ərazi üzrə ovçuluq təsərrüfatı və milli parklarının əməkdaşları və mütəxəssisləri iştirak ediblər.
Monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib.
Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 57 baş müxtəlif növ çöl quşu ovlanıb və onlardan patoloji materiallar götürülüb. Bu müddətdə Bakı şəhərindəki, Xaçmaz, Siyəzən, Lənkəran, Ucar, Beyləqan, Neftçala, Hacıqabul və Abşeron rayonlarındakı 12 sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisəsində 120 baş quşdan, Bakı şəhəri, Abşeron, Qobustan, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ 400 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb. Çöl və ev quşlarından götürülmüş nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində YPQQ xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.
Qeyd edək ki, quşçuluq təsərrüfatlarında kütləvi tələfata səbəb olan və böyük iqtisadi itki ilə nəticələnən yüksək patogen quş qripi (YPQQ) xəstəliyi insanlar üçün təhlükə törədən zoonoz xəstəlikdir və ciddi epizootoloji risk kimi qiymətləndirilir. Xəstəliyin yayılmasına sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşları, köçəri və daimi məskunlaşmış çöl quşları səbəb olur.

29-04-2022, 17:30 348

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040