Azərbaycan “Qarabağ” brendi ilə Avropaya bal ixrac edəcək

Qarabağda istehsal edilən bal gələcəkdə Azərbaycanın ümumi bal istehsalının 30%-ini təşkil edə bilər.

Bunu “Report”a Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, hazırda Kəlbəcərə arı ailələrinin köçürülmə prosesi davam edir:
“Kəlbəcər, Laçın rayonlarına təxminən 20 mindən çox arı ailələrinin köçürülməsi nəzərdə tutulur. Ötən il köçürülən arı ailələrinin sayı iki min idi. Xocavəndə də arı ailələrinin köçürülməsi üçün artıq müraciətlər var, həmçinin icazələr də var. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həmin ərazilərə köçəcək arıçı fermerlərə təlim keçir. Bundan sonra arıçı fermerlərə ərazilərə köçmək üçün icazələr verilir”.
O bildirib ki, azad edilmiş ərazilərə böyük həcmdə arıçılıq təsərrüfatları köçürülür.
B.Həsrətov qeyd edib ki, Qarabağ adını brendləşdirərək, bu ad altında ölkənin bazarlarında artıq bal satışına başlanılıb:
“Həmin şirkət artıq “ABAD” publik hüquqi şəxslə işləməyə başlayıb”.
B.Həsrətov vurğulayıb ki, torpaqlarımız azad edilməmişdən əvvəl ermənilər “Kalbajar” adı altında ərazilərimizdə istehsal edilmiş balı Avropaya göndəriblər:
“Biz aktivləşsək, erməniləri dünya bazarından çıxara bilərik. Lakin Avropa İttifaqı ölkələrinə arıçılıq məhsullarının ixracı üçün xüsusi icazələrin alınması tələb olunur. Hazırda biz heyvan mənşəli qidaların ixracını həyata keçirə bilmirik. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə çalışır, Aİ ölkələrinə bal ixracına icazə almaq istəyir. Hazırda danışıqlar aparılır ki, məhdudiyyətlər aradan qaldırılsın. Müsbət cavab artıq verilib, bununla bağlı Aİ ölkələrindən ekspertlər gələcəklər, əraziləri yoxlayacaqlar, balın süzülmə prosesini, qablaşdırma yerlərini nəzarətdən keçirəcəklər. Bundan sonra Aİ ölkələrinə bal ixracına icazələr veriləcək”.
Onun sözlərinə görə, ötən il ölkədə yeddi min ton bal süzülmüşdü:
“Bu il isə daha çox bal süzümünü gözləyirik, hədəfimiz 10 min tondur. Ümumiyyətlə, ölkədə istehsal həcminin artmasını gözləyirik”.
Xatırladaq ki, Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatıb.

11-05-2022, 16:00 235

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040