Meymunçiçəyinə qarşı kütləvi vaksinasiya aparılacaq? - ÜST-dən açıqlama

Bu günə qədər Afrikadan kənarda meymun çiçəyinə yoluxma ilə bağlı mindən çox fakt aşkar edilib. Yoluxmalar barədə 29 ölkədən məlumat alınıb, lakin həmin ölkələrdə ölüm halları olmayıb.
 
Sumqayit.tv BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus bu barədə Cenevrədə keçirilən brifinqdə açıqlamaq verib.
 
Onun sözlərinə görə, bir neçə qeyri-endemik ölkədə meymun çiçəyinin qəflətən yayılması belə güman etməyə əsas verir ki, bu xəstəlik müəyyən müddət ərzində sirkulyasiya edib, lakin bu prosesin nə vaxt başlanması məlum deyil.
 
Tedros Gebreyesus deyib: “Qeyri-endemik ölkələrdə meymun çiçəyinin yayılması riski realdır. ÜST-ni xüsusilə narahat edən budur ki, həmin virus uşaqlar və hamilə qadınlar da daxil olmaqla həssas qruplar üçün təhlükəlidir”. Lakin onun sözlərinə görə, hadisələrin bu cür inkişafının qarşısını almaq mümkündür.
 
ÜST yaxın günlərdə meymun çiçəyinə qarşı tibbi yardım, infeksiyaların profilaktikası və onlara qarşı mübarizə, vaksinasiyaya dair rəhbərlik və əhalinin müdafiəsi barədə əlavə tövsiyələr təqdim etməyi planlaşdırır.
 
Hazırda meymun çiçəyinə qarşı mübarizə üçün ÜST tərəfindən bəyənilmiş preparatlar və vaksinlər mövcuddur, lakin onların ehtiyatları məhduddur. ÜST bu preparatların ədalətli bölgüsü mexanizmlərini hazırlayır.
 
Bununla bərabər, ÜST meymun çiçəyinə qarşı kütləvi vaksinasiya aparılmasını tövsiyə etmir. Vaksinlərin əlçatan olduğu azsaylı yerlərdə onlardan əsas etibarilə tibb işçilərini və laboratoriya əməkdaşlarını qorumaq üçün istifadə edilir.
 
Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizin ərazisində meymun çiçəyinə yoluxma ilə bağlı heç bir fakt qeydə alınmayıb.

9-06-2022, 17:36 217

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040