“Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək".
Sumqayit.tv xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bildirib.
Nazir eyni zamanda deyib ki, meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək.