Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sumqayit.tv-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 793 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 368 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.
Ölkədə son sutka ərzində 3 057, hazırkı dövrədək isə 6 964 085 test aparılıb.