Bu giləmeyvələr bir çox xəstəliyə çarədi

Avqust giləmeyvələri insanları xərçəng və sonsuzluqdan qoruyur.

Bu barədə rusiyalı diyetoloq və nutrisioloq Zoya Boqdanova giləmeyvələrin faydalı xüsusiyyətlərindən danışarkən bildirib.

Onun sözlərinə görə, bu mənada qaragilə, cır mərsin, qara qarağat, moruq və motmotu xüsusi diqqətə layiqdir.

Həkim qaragilə  cır mərsinin hormonal fonu yaxşılaşdırmağa kömək etdiyini, hətta xərçəngin qarşısını aldığını deyib. O, həmçinin bu giləmeyvələrin hətta diabet xəstələri üçün də faydalı olduğunu vurğulayıb.



“Onlar orqanizmin detoksikasiyasına, qan damarlarının, bağırsaqların təmizlənməsinə kömək edir, metabolik proseslərə böyük təsir göstərir, hətta qismən hormonal fonu yaxşılaşdırır və xərçəngin profilaktikası üçün istifadə edilə bilər”, - deyə mütəxəssis izah edib.

Boqdanova vurğulayıb ki, çox miqdarda vitaminlərə malik moruq isə soyuqdəymə əleyhinə vasitə kimi istifadə edilə bilər; tərlədici və antibakterial xüsusiyyətlərinə görə başağrılarını, titrətməni aradan qaldırır.

“Şərqdə moruq sonsuzluğun dərmanı hesab olunur”, - deyə Zoya Boqdanova əlavə edib.



Həmçinin, moruq orqanizmi daha aktiv işlədir, yağları yandırır. Dietoloq bununla belə, iştahartırıcı xüsusiyyətinə görə çəkisinə nəzarət edən insanların bu giləmeyvələrdən ehtiyatla istifadəsini tövsiyə edib.

Nutrisioloq qara qarağatın C vitamini, manqan, gümüş, kükürd və qurğuşunla zəngin olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, bu giləmeyvə boğazda, mədədə və bağırsaqda iltihabı aradan qaldırmağa kömək edir, həmçinin insanı gümrahlaşdırır, gücünu bərpa edir.



Motmotu isə sidikqovucu olduğu üçün şişkinliyi, ödemi aradan qaldırmaq üçün faydalıdır. Həmçinin, giləmeyvə mədə-bağırsaq narahatlığını aradan qaldıra bilər.

“Ancaq mədə xorasında bu giləmeyvə əks-göstərişdir”, - deyə həkim xəbərdarlıq edib.

Onun sözlərinə görə, motmotu çoxlu pektin ehtiva edir ki, bu da ağır metalların və radioaktiv maddələrin orqanizmdə akkumulyasiyasının (toplanmasının) qarşısını alır.

“Digər faydalı xüsusiyyətləri ilə yanaşı, bu giləmeyvə də şişlərin inkişafına mane olur”, - deyə Boqdanova sözlərini yekunlaşdırıb.

11-08-2022, 09:43 1 226

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040