"Qızıl qaydalar odur ki..."- MÜSAHİBƏ


Məlum olduğu kimi son zamanlar ürək xəstəlikləri ilə bağlı olan şikayətlərdə artım müşahidə olunur. Ürək xəstəlikləri anlayışı ürəkdə baş verən və ürəyə təsir edən hər hansı bir narahatlığı ifadə etmək üçün istifadə olunur. Ürək xəstəlikləri arasında qan damarı xəstəlikləri (məsələn, koronar arteriya xəstəliyi), ürək ritminin pozulması (aritmiya) və anadangəlmə ürək qüsurlarını saya bilərik.
Biz də Sumqayit.tv olaraq şəhərimizin tanınmış klinikalarından biri, Ümid Klinikasının həkimi, kordioloq Şəfiyev Nofəl ilə ​sö​​​hbətləşmək qərarına gəldik. 

- Doktor, zəhmət olmasa özünüz haqqında məlumat verərdiniz?
- Mən 1986-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib Şəki şəhərində işə başlamışam. 2003-cü ilə qədər orada müxtəlif sahələrdə çalışmışam. Sonra Moskva şəhərinə gedib Çazov Universitetində kordiologiya kursundan keçmişəm və orda qalıb 2020-ci ilə qədər işləmişəm. Lakin təəssüf ki, koronavirus infeksiyası məndən də yan keçmədi və sağaldıqdan sonra Azərbaycana qayıtmışam. Artıq 1 ildən çoxdur ki, Ümid klinikasında kordioloq vəzifəsini icra edirəm. 

- Ölkəmizdə ürək-damar xəstəlikləri ilə bağlı mövcud vəziyyət necədir?
- Tək ölkəmizdə deyil, bütün dünya səviyyəsində ürək-damar xəstəlikləri birinci sırada gedir. Ən çox da infarkt. Əhali arasında siqaret, yağlı yeməklər, az hərəkət etmək getdikcə artır. Bu da ürək-damar xəstəliklərini artırır.

- Ürək xəstəlikləri nə qədər cavanlaşıb? Ümumiyyətlə ən gənc ürək xəstənizin yaşı neçə olub?
- Artıq müşahidələrimizə görə pasientlər ən aşağı səviyyə 30-35 yaşlarından şikayət etməyə başlayırlar. Bu səviyyə əvvəllər 50-60 yaşlardan başlayırdı. Osteoxondroz, boyun-döş hissəsindəki proseslər də ürəyə ağrı verir. Lakin hər halda hamısı bu səbəblərdən olmur. Bəzən həqiqətən ürəkdə problem olur. Bunu da kordioqrama ilə araşdırıb öyrənmək olur. 

- Doktor, ürək xəstəlikləri arasında ən geniş yayılan infarktdır. İnfarktın ilkin əlamətləri hansılardır? Və infarktın əlamətləri hiss olunduqda dərhal müdaxilə etməklə bu ölümcül problemin qarşısını almaq mümkündürmü?
- İnfarkt başlayanda adətən yaxşı halda sol qolun çeçələ barmağına qədər ağrı və keyimə başlayır. Daha sonra ürək nahiyəsində göynəmə olur. Bundan əlavə sol tərəfdən 3,4 və 6-cı dişlərdə sızıldama, mədə ağrıları və s. kimi özünü göstərir. Bu hallarda həkimə müraciət etmək vacibdir ki, əgər ürəklə bağlı hər hansı problem varsa qarşısı alınsın. Hansı ki, nə qədər tez müdaxilə olunsa bir o qədər yaxşıdır. 

- Doktor bu da bir həqiqətdir, hətta statistika da təsdiqləyir ki, ürək problemlərinə qadınlardan daha çox kişilərdə rast gəlinir. İllərin təcürbəli həkimi kimi bunun nə ilə bağlı olduğunu söyləyə bilərsiniz?
- Bildiyimiz kimi, qadınlar arasında siqaret və içki halları daha azdır. Siqaret və içki xolestrini qaldırır. Xüsusən siqaret daha vacib təsir göstərir. Ona görə də qadınlarda kişilərə nisbətən daha az rast gəlinir bu xəstəliyə. 

- Doktor, son zamanlar el arasında belə bir fikir yayılıb ki, koronovirus peyvəndi bir başa ürək-damar xəstəliklərinə yol açan amildir. Hətta, peyvənd olunanların müəyyən faizinin qəfil ürək tutması nəticəsində dünyalarını dəyişdiyini iddia edənlər də var. Sizcə belə informasiyaların yayılması nə qədər həqiqəti özündə əks etdirir?
- Əgər bizim özümüzdə bu xəstəlik varsa, bilmədən peyvənd vurdursaq bu zaman heç kim bu məsələ ilə bağlı məsuliyyətli deyil. Dediyimiz kimi, əgər ki hər hansı nahiyədə problem varsa peyvəndin buna əks təsiri ola bilər. Bununla bağlı ağırlaşmalar ola bilər. 

- Ürək xəstəliklərdən qorunmaq üçün qızıl qaydalar hansılardı?
- Qızıl qaydalar odur ki, çox hərəkət etmək, yağlı yeməklərdən az yemək və siqaret çəkməmək.

- Son olaraq pasientlərinizə nə kimi tövsiyyələr edərdiniz?
- Səhər tez durub, axşam tez yatsınlar. Çoxlu gəzsinlər, hərəkət etsinlər.

Şəbnəm Məşiyeva Sumqayit.tv

25-08-2022, 16:58 563

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041